PR

“VkusVill” mağazalarında aptek olacaq
08 OKTYABR
108

“VkusVill” mağazalarında aptek olacaq

2019-10-08 12:57:00

Vkusvill mağazalar şəbəkəsi öz meydançasında uzaq şərq şirkəti “Monastryev” aptekini açmağı planlaşdırır.

Fins.az xəbər verir ki, bu haqda məlumatı “Kommersant” nəşrinə şirkətdən təsdiq ediblər. 

“Birinci mərhələdə belə apteklər VkusVilin Moskvadakı doqquz mağazalar şəbəkəsində açılacaq”, - deyə riteylerin tibii kateqoriya üzrə məhsul meneceri Nataliya Petrikina deyib. İlk belə layihə isə 2019-cu ilin sonunda artıq reallaşmalıdır. Layihənin davamı kimi belə müəssisələrin sayı regionlara da yayıla bilər. Birinci aptek 20 kv. metrlik sahədə yerləşəcək.

“Ərzaq riteylerinin satışlarının artım dinamikası azalır. Onlar gəlirlərdəki bu azalmanı öz meydançalarını kirayə verilməsi ilə kompensasiya etməyə çalışırlar. Belə bir layihəni artıq X5 Retail Group və Azbuka vkusa kimi digər ərzaq mağazaları icra edib”, - deyə DSM Group-un baş direktoru Sergey Şulyak deyib.

Qeyd etmək yerinə düşər ki, bu gün “VkusVill” aktiv şəkildə yeni formatları test edir. Kompaniya birinci növbədə öz mağazalarına kafeləri inteqrasiya etdi. Həmçinin öz meydançasında mətbəx sahəsini (yeməklərin hazırlanması) də inkişafını düşünür.

©Facemark.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır