PR

Bred Pitt fransız bankının reklamına çəkildi: 5 milyon dollara – Video
08 OKTYABR
103

Bred Pitt fransız bankının reklamına çəkildi: 5 milyon dollara – Video

2019-10-08 12:54:00

Dünya şöhrətli ulduz, aktyor Bred Pitt fransız bankı Boursorama Banque-ın sonuncu reklam çarxına çəkilib.

Fins.az Sostav.ru-ya istinadən xəbər verir ki, bir neçə dəqiqə ərzində tipik meqapolis sakininin həyatını müşahidə edirik. Rolda isə Bred Pitt oynayır.

O, yeni qəzet alır, kofe içir, yol-tikinti işlərinin arasından keçir, musiqiçilərindən yanından ötür, bankomatdan pul çıxarır və taksi tutur.

Bütün rol ərzində aktyor tamaşaçı ilə ünsiyyət qurmağa çalışır, amma o eşidilmir və yalnız dodaqlarını tərpədir. Çarxda isə siz şəhərin, digər personajların səsini asanlıqla eşidirsiniz.

Bankdan deyiblər ki, “Bizim bankı reklam etmək üçün Bred Pittə ehtiyacımız yoxdur. Çünki reklamı ən yaxşı elə bizim müştərilərimiz edə bilər”.

©Facemark.az
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır