PR

“Cannes Lions” Qlobal Yaradıcılıq Hesabatı 2019-u açıqladı – Foto
08 OKTYABR
74

“Cannes Lions” Qlobal Yaradıcılıq Hesabatı 2019-u açıqladı – Foto

2019-10-08 10:10:00

Cannes Lions 2019 Global Creativity Report-unu (Qlobal Yaradıcılıq Hesabatı 2019) yayımlayıb.

Fins.az xəbər verir ki, hesabat bu il marketinq və media xidmətini WARC-ın köməyi ilə genişləndirib. 

139 səhifədən ibarət olan 2019 Global Creativity Report-unda yeni bölmələr yer alır və Grand Prix qazanan işlər dərindən analiz edilir.

Hesabatda deyilir ki, bu il Grand Prix qazanan markalar çeşidliliyinə görə fərqlənirdi. Onlar arasında Çin, İsrail, Polşa, Kanada, BƏƏ kimi fərqli ölkələrdən böyük mükafat qazanan şirkətlər oldu.

Wieden+Kennedy ilin agentliyi, Burger King isə ilin ən yaradıcı markası oldu.

Bundan başqa, ilin agentlikləri və müstəqil agentliklər arasında Droga5, New York; RBK Communications Stockholm; VMLY&R Poland, Warsaw & VMLY&R kimi agentliklər də var. Burger King bu ilin Yaradıcı Markası Ödülü’nü (Creative Brand of the Year Award) Müfakatını qazandı. Ümumilikdə isə şirkət 40 Aslan qazanıb.

Şirkət Whopper Detour kampaniyası ilə bu il hər festivalda mükafat qazanıb. Builki göstərici ilə kompaniya 2015-ci ildə aldığı 16 Aslan mükafatını keçib və rekord əldə edib.

Baş direktoru Simon Cook Cannes Lions Report 2019 ilə bağlı deyib ki, sektorda yaradıcılıq vacib kriteriyadır. O, deyib ki, hesabat markaetin sektoru üçün vacib mənbələrdən biridir. Hesabat ilə tanış olmaq üçün bura klik edə bilərsiniz.

©Facemark.az

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır