PR

“İnstagram”da birinci postlar nələr olub? – Foto
07 OKTYABR
85

“İnstagram”da birinci postlar nələr olub? – Foto

2019-10-07 14:11:00

“Instagram”da ilk postları tapmaq üçün imkanlar mövcuddur.

Fins.az xəbər verir ki, bu haqda VC.ru-nun istifadəçisi Pavel Qurov deyib.

Onun sözlərinə görə, sosial şəbəkədə ilk foto iyulun 16-sı, 2010-cu ildə saat 10:26-da (San-Fransisko vaxtı ilə 20:26) paylaşılıb. Foto “Instagram”ın yaradıcısı Mayk Kriqer (Mike Krieger) tərəfindən paylaşılıb. Fotoda San-Fransiskoda, “DogPatch” biznes-inkubatorunun pəncərəsindən yaxta dayanacağını görürsünüz.

https://www.instagram.com/p/G/?utm_source=ig_embed&utm_campaign=dlfix

Qurov izah edib ki, sosial şəbəkədə paylaşılan ilk postlarda hərfi işarə var idi, gələcəkdə isə sistem hər postda hərfi-say aradıcılığını mənimsəməyə başlayıb. O, bununla xidmətdə olan ilk postları aşkar edib. Bəzi nəşrlər silinib, bəzilərində isə post qalsa da şəkil görünmür. Digər fotolar isə 9 il keçməsinə baxmayaraq, olduğu kimi qalıb. Bundan başqa, postların hərfi işarələrinin reyestrini də dəyişməklə, siz sosial şəbəkənin populyarlaşmasına qədər yayımlanan fotoları tapa bilərsiniz. Məsələn, t hərfi üzrə siz ofisdə olan çəkilişi görə bilərsiniz, bu Instagram tarixində şəxsin olduğu ilk post hesab olunur. Bu post isə 20 iyul, 2010-cu ildə sosial şəbəkənin keçmiş rəhbəri Kevin Sistrom (Kevin Systrom) tərəfindən paylaşılıb.

https://www.instagram.com/p/t/?utm_source=ig_embed

“Instagram”da həmçinin ilklərdən biri olan foto da tapılıb ki bu yenə də Instagramın yaradıcısının adı ilə bağlıdır. O Kevinin sevgilisi Nikol (Nicole) tərəfindən paylaşılan fotodur. Posta yer bildirişi olaraq isə San-Fransiskoda yerləşən Schmidt's restoranı əlavə edilib. Bildirək ki, bu restoran bu gün artıq yoxdur. Belə ki, restoran bağlanıb. Bu fotodan beş il sonra isə Nikol Sistromun həyat yoldaşı olur, eyni zamanda “Instagram”ın idarəsində öz “kreslo”sunu tutur.

https://www.instagram.com/p/z/?utm_source=ig_embed

Qeyd edək ki, “Instagram” şəkil və videoların mübadilə olunduğu platformadır. Öncə çəkilişlər ani kamera şəkilləri kimi kvadrat formasında olmalı idi, daha sonra isə bu məhdudiyyət aradan qaldırılmışdır.

Hazırda isə xidmət “iPhone” və Android Əməliyyat Sistemini dəstəkləyən smartfonlarda əlçatandır. Sosial şəbəkə çəkilişlərə baxmaq üçün veb-versiyaya malikdir, amma kompüter üzərindən isə platformada post paylaşmaq mümkün deyil. 2012-ci ildə isə “Instagram”ı “Facebook” satın alır.

Bildirək ki, hələ 2018-ci ildə isə platformadan qeydiyyatdan keçən istifadəçilərin sayı bir milyarddan çox idi.

Mənbə Lenta.ru

©Facemark.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır