PR

Necə etmək olar ki, “YouTube”da radio abunəçilərinin sayı milyonu keçsin? – Foto
07 OKTYABR
78

Necə etmək olar ki, “YouTube”da radio abunəçilərinin sayı milyonu keçsin? – Foto

2019-10-07 12:50:00

“Hootsuite Global Digital 2019”un hesabatına görə, dünyada internet istifadəçilərinin sayı 4,4 milyard nəfərdən ibarətdir. Demək olar ki, bütün onlayn əhalinin yarısı aktiv “YouTube” istifadəçisidir. Videohostinq communication tube-un növlərindən biri kimi, radioyayımçıları tərəfindən tez-tez istifadə olunur.

Bir kliklə dinləyici ol 

Rusiyalıların 70 milyonu hər gün radioya qulaq asırlar. Aylıq göstərici isə 107 milyon insandır. Bu da əhalinin 87%-i deməkdir. Belə bir hesabatı 2019-cu ilin birinci yarısı üçün “Mediascope” şirkəti (Radio Index, Rossiyan 0, yanvar-iyun 2019) hazırlayıb. Avtomobillərdə isə smartfon, kompüter, hətta Smart TV ilə radioya qulaq asırlar. Müasir radiostansiya- bu çoxfunksialı multimedia sahəsidir.

O dijital mühitə radioefirin tam interqasiyasını təmin edir. Belə inteqrasiya professional videoprodakşn etməyə və tamaşaçıların iştirakı ilə canlı konsertlər təşkil etməyə imkan verir. Artıq 20 ildən çoxdur ki, radioyayımçıları radio kontentin yayılması üçün interneti kanallardan biri olaraq istifadə edir.

Hələ 1994-cü ildə ABŞ-da Çeypl Xill-də, Şimali Karolin Universitetinin WXYC tələbə radio stansiyası 89,3 FM efirinin internetlə də retranslyasiya olunduğunu elan edib.

Rusiyanın isə pioner internet-striminq xidməti 101.ru resursu olub. O isə 1996-cı ildə “Radio 101”in bazası əsasında ərsəyə gətirilib. İndi isə vizuallaşdırma birinci pillədə olduğundan, YouTube və sosial şəbəkələrin zamanı çatıb.

Məsələn, bu gün ABŞ-da Breakfast Club Power 105.1 FM səhər şousunun efirində reper Tekashi69 görünür, Capital FM Britaniya radiosundaisə Justin Bieberin canlı konsertləri təşkil edilir. Natalia Oreiro isə Avtoradionun studiyasını sözün əsl mənasında “yandırır”. Bu isə dinləyicilər üçün qiymətsizdir.

YouTube-da loyal auditoriyanı tapa bilərsiniz. Striminq xidməti dünyanın 91 ölkəsində, ümumilikdə 80 dildə əlçatandır. “YouTube” videohostinqinin rəhbəri Syuzen Voyjitski açıqlamasında demişdi ki, dünya üzrə platformanın aylıq aktiv istifadəçilərinin sayı 2 milyard nəfərdir.

Qeyd edək ki, Avtoradio Rusiyada birinci radiostansiyalardan biridir. Onun YouTube kanalını isə “Qızıl Düymə” adlandırma olar. Hazırda radionun “YouTube” kanalında 5000-dən çox video çarx var. Onlar ümumilikdə 720 milyon baxış yığıb. Hər ay isə bu kontentə baxış sayı 30 milyon daha artıb.

Bu isə onu deməyə əsas verir ki, “YouTube” radioyayımçıları üçün əvəzolunmaz kanaldır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır