PR

“Disney” öz telekanallarında “Netflix” reklamlarını qadağan edib
07 OKTYABR
82

“Disney” öz telekanallarında “Netflix” reklamlarını qadağan edib

2019-10-07 12:29:00

Walt Disney Co. şirkəti “Netflix” xidmətini öz platformalarında (ABC və Freeform şəbəkə kanallarında) reklam etməyi qadağa edib.

Fins.az xəbər verir ki, “Disney” noyabrda özünün şəxsi striminq platforması olan “Disney+”-u təqdim edəcək. 

Bir çox ekspert isə bu yeni xidməti “Netflix”in “qatili” adlandırıb. Bu hadisə ərəfəsində isə şirkət rəqabətdə olduğu istənilən striminq xidmətlərinin reklamlarını nümayişini qadağa edib.

Daha sonra isə “Neftlix” istisna olmaqla, bazardakı digər rəqib oyunçular ilə güzəşt əldə edilmişdi. “Disney” bu qərarı verən zaman, reklamlarını hansı saytlarda yerləşdirə biləcəklərini analiz edib. Məlum olub ki, belə bir imkan yalnız “Netflix”də yoxdur, o öz videolarında belə reklam nümayiş etdirmir.

Qeyd etmək yerinə düşər ki, belə bir addım, əlbəttə ki, “Disney” üçün də təhlükəlidir. Bu əyləncə şirkətinə milyonlarla dollara başa gələ bilər. Belə ki, 2018-ci ildə “Netflix” ABŞ-da TV kanallarına 99,2 milyon dollar reklam üçün pul xərcləyib. Bunun 13%-i isə “Disney”ə aid olan kanalların payına düşürdü.

©Facemark.az 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır