PR

Visa və Mastercard Facebook-un bu layihəsindən imtina etməyə hazırlaşır: Pul ayırmayacaq
04 OKTYABR
113

Visa və Mastercard Facebook-un bu layihəsindən imtina etməyə hazırlaşır: Pul ayırmayacaq

2019-10-04 14:44:00

Ödəmə sistemləri Visa və Mastercard Facebook tərəfindən hazırlanacaq Libra elektron valutasının buraxılması prosesində iştirakdan imtinaya hazırlaşır.

Fins.az Facemark.az-a istinadən xəbər verir ki, bu barədə The Wall Street Journal nəşrinə mənbə deyib. Güman edilir ki, layihədən imtinanın səbəbi onun Amerika və Avropa hökuməti tərəfindən tənqid edilməsi olub.

ABŞ administrasiyasından ehtiyat edirlər ki, Libra çirkli pulların yuyulması və terrorizmin maliyyələşməsi üçün istifadə edilə bilər.

G7 nümayəndələri isə hesab edir ki, kriptovalyuta beynəlxalq valyuta sisteminin fəaliyyətinə mənfi təsir edə bilər.

Qeyd etmək yerinə düşər ki, Libra-ya Visa, Mastercarddan başqa, Uber, Booking, eBay və PayPal kimi markalar da sərmayə qoymağa hazırlaşırdı.

İyunda deyilirdi ki, hər korporasiya layihəyə 10 milyon dollar qoymağa hazırlaşır.

Ümumilikdə, Facebook-un layihəyə 100 sponsorun cəlb edilməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır