PR

Haluk Levent: “Etibarlı olmağın ilk şərti səmimiyyətdir”
04 OKTYABR
101

Haluk Levent: “Etibarlı olmağın ilk şərti səmimiyyətdir”

2019-10-04 12:24:00

MediaCat “Ipsos” ilə əməkdaşlığı nəticəsində həyata keçirdiyi “Celebrity İnam İndeksi”nin nəticələrinə görə, Türkiyənin ən etibarlı məşhuru Haluk Leventdir.

Facemark.az xəbər verir ki, portal Haluk Levent ilə sənətçinin adı ilə şəxsiləşdirilmiş kəlmələri və markalar ilə əlaqəsini müzakirə edib. MediaCat-a istinadən həmin müsahibəni təqdim edirik.

- Haluk Levent bir markadır? İmicinin belə bir baxış bucağı ilə idarə etdiyinizi demək mümkündürmü?

Təəssüf ki, Haluk Levent bir marka deyil. Günün şərtlərinə uyğun olaraq standart hərəkətlər üzrə irəliləyən adam deyil. Buna görə də marka etibarlılığımın olduğunu zənn etmirəm. Markalar dünyada, hətta daha doğrusu bizim kimi ölkələrdə bütün auditoriyanı əla alır, amma heç bir zaman onları düşünmür.

Çox zaman ölkənin siyasi, geosiyası, loqistik vəziyyəti ilə bağlı olmayan sənətçi və məhsulların arxasıyca qaçırlar. Bu daim belə davam edir, çünki sistem bunu tələb edir. Haluk Leventin vəziyyətində isə “Görəsən bir yeri küsdürə bilərik?” kimi tərəddüd var. Mənimlə məhsul üçün bir yola davam edən insan/marka buna görə də tərəddüd içindədir. Bu da mənim markalaşmadığımı göstərir. Mən onsuz da markalaşmaq istəməyən, azad bir insanam. Məsələn, sosial şəbəkələrdə və ya canlı söhbətlərdə belə cavablar alıram: “Haluk bəy, sizi hər kəs sevir, siz hər kəsə xitab edirsiniz”.

Nə qədər hər kəs məni sevsə də, mənim təbiətə, ətraf mühitə, insanlara, xəstələrə qarşı bir mövqeyim var. Markalar isə bunu çox da sevmir. Bir şey deməyimizi istəmirlər. Həmişə susmağımızı istəyirlər. Buna görə də mən bir marka deyiləm.

- Uzun bir müddət neqativ hadisələrdə adınız hallanırdı. Necə oldu ki, insanların sizə qarşı olan bu münasibəti dəyişdi və etibar deyiləndə ağla gələn ilk insan oldunuz?

İndi mən sondan başlayım. Sizin də son araşdırmanızda belə idi, başqa yerlərdə də. Hətta mən “Twitter”dəki izləyicilərimə “Mənə çox da güvənməyin, sizi hər an sata bilərək demişdim”. İstəmirəm ki, mənə belə bir məsuliyyət verilsin. Çünki bir insandan gözləntiniz nə qədər çox olarsa, onunla əlaqədar kiçik bir əskiklik sizdə böyük xəyal qırığlığı yaradar.

Mən bu ölkənin, bu həqiqətən də belədir, ən dürüst, ya da ən etibarlı adamı deyiləm. Amma mən gəldiyim mövqedə, musiqimlə, konsertlərim ilə olduğum yerdə zövqlə yaşamağa çalışan insanam. İnsanların həyatına təmas edincə xoşbəxt oluram. Onların gözlərindəki işıltını görüncə, içimə fərahlıq gəlir. Bəlkə də buna səbəb uşaqlıqdan bu yana keçirdiyim sıxıntılı, fəlsəfi həyatımdır. Əskik və ya çox yaşadığım şeylərdir. Sizin də dediyiniz kimi 10-15 il öncə yaşadığım iqtisadi sıxıntılardan dolayı başımın davamlı olaraq dərdə girməsinin verdiyi yetkinlikdir. Amma mən həyatdan keyf almaq istəyən, amma bunu edən zaman da dərdi olan insanlara və doğru getməyən hadisələrə qarşı da alqoritmik bir düzəltmə faəliyyətinin olmasının vacib olduğunu düşünürəm. Masa əyri olan zaman ona baxıb, bunu düzəltməliyəm deyirsiniz, pis hadisələr üçün də bu belədir. Təbii əlimizdən gələni qədər...

- İki il öncə “Kaybolan Mont” hekayəniz çox müzakirə olunmuş, bəyənilmişdi. “Celebrity Güven İndek”ində də aldığınız nəticələr ortadadır. Amma biz sizi markalar ilə sıx əməkdaşlıq içində görmürük. Bu bir seçimdir? Çətin bəyənirsiniz? Çox həssassınız?

İndi belə bir şey deyim. Bir az səmimi olmaq lazımdır. Əlbəttə ki, təkliflə olur. Hətta sizin bu araşdırmanızdan sonra onların sayı ikiqat artıb. Çünki markalar ciddi araşdırmaları sevirlər. Mənim birinciliyim səmimiyyətdir. Bir marka gəldi, Twitterdə hekayə ilə başlamağımızı istədi. Bu mənə tərsdir. Çünki mənim naturama uyğun olmayan heç bir şeyi Twitter-də paylaşmıram. Əslində belə olduğu üçün siz məni markalar ilə əməkdaşlıq içində görmürsünüz. Sevirlər və inanırlar, amma mənim izləyicim məni səmimi görür. Mən onlara qarşı həmişə dürüst oldum, oynamadım. Məsələn, inşaat şirkətlərindən biri mənimlə əməkdaşlıq təklif etdi. Amma araşdırdıqdan sonra, onların müştərilər ilə ciddi problemləri olduğunu öyrəndim. Mən bunun arxasında dura bilmərəm. Ya yenə həmin müştərilər ilə problem çıxarsa... Haluk Levent o reklamda oynadı, pul qazandı deyiləcək. Başqa bir firması isə bütün dünyada lənətlənmiş neft şirkəti idi. Bəlidir ki, mən edə bilmirəm, bəzi yerlərdə dura bilmirəm. Bu mövzuda qapalı deyiləm amma. Məsələn, bank reklamında rahat rol ala bilərəm. Necə də olsa 3 dəfə batmışam, baxın artıq batmıram.

Kaybolan montun markası ilə əməkdaşlıq etmədim, amma “mont”un markasının adını demədim, amma onlar bizə zəng etdilər. Çox geridönüş olmuş, bu “mont”dan istəyənlər olmuş dedilər. İndi konsertlərdən ciddi pul qazanıram. Onsuz da ciddi bir pul qazanan zaman məhsullardan biri gəlir, sizin iki konsertdən qazanacağınız pulu təklif edir. Amma sizi bir il ərzində bağlamaq istəyir, bir çox yerlərdə istifadə edir. Mən acgözlü deyiləm, bir məhsul gələcəksə bumövzuya da toxunmalısan. Həm seçirik, həm də qiyməti yüksək tuturuq. Amma markalar niyə bizə gəlmir deyə də ağlamırıq.

-“ÜLEN” nidasını markaşdırmağı düşünürsünüz?

“Ürünler gəlsin gözləyirəm ÜLEN”. Gəlsinlər edək. Mənə bir təklif gətirsinlər. Səmimi bir şey olsun. Bir banka dedim ki, “Gəlin mənim bir layihəm var, pul almıram. Amma bütün pulu ödənişli oxuyan uşaqlara investisiya edək”, qəbul etmədilər. Markalar belə bir işə girmirlər. Heç nə olmasa da oynayır, “tullanır”, laylaylay. Əti ilə südü ilə qarışan yoxdur. Bugünə qədər bunu etdilər, amma o biri işlərə girməyək, yanlış başa düşə bilərlər deyə bilirlər. İnsanlar səmimiyyət axtarır, dünya dəyişdi.

Mən gənclərin qarşısına Haluk Abi olaraq çıxdım. Bir kişi sənətcç ömrü billah “abi” olaraq çıxmadı. Həmişə adının çəkilməsini istədi. Menecerlər üçün də riskli idi, amma mənim üçün deyil. Mən onların “abiləri” idim, bundan təbii nə ola bilirdi ki? “Abilik” anlayışını qəlbdən gördülər, sevdilər.

Markalara da “abilik” lazımdır. Səmimiyyət lazımdır ki, insanlar bizə “bizim insanımız” deyə bilsin. Markalar sosial məsuliyyət layihələrinə neçə ildir ki, baş yorur, amma nəticə yoxdur. Məncə, bir az daha risk almaları lazımdır. Qorxmasınlar. Belə ciddi, “AHBAP” kimi təşkilatlar ya da dərnəklər var. Bunun üçün qəlbdən çalışan uşaqlar var. Bəlkə də onlar istəyir, amma agentliklər almaq istəmirlər. Bilmirəm. Ancaq artıq qorxmamalıdırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır