PR

Amerikanın maliyyə nəhəngi öz valyutasını satışa çıxaracaq
18 SENTYABR
121

Amerikanın maliyyə nəhəngi öz valyutasını satışa çıxaracaq

2019-09-18 10:05:00

“Wells Fargo” öz rəqəmsal valyutasını satışa çıxaracaq

Amerikanın maliyyə nəhəngi olan “Wells Fargo” özünün rəqəmsal valyutasını satışa çıxarmağı və xüsusi blokçeyn platformasını tərtib etməyi planlaşdırır.

Fins.az xəbər verir ki, şirkətdən verilən məlumata görə, yeni rəqəmsal valyuta “Wells Fargo Digital Cash” adlandırılacaq.

Belə bir qərarın əsas səbəbi əməliyyat səmərəliliyini artırmaq istəyi olmuşdur.

“Wells Fargo Digital Cash” ABŞ dollarına bağlı olan steyblkoini olacaqdır. Valyuta şirkət bölmələrində daxili hesablaşmalar üçün istifadə ediləcəkdir. “Wells Fargo” nun innovasiya qrupunun rəhbəri Lisa Fraser mövzu ilə bağlı bildirib:

“Ənənəvi sərhədlər kontekstində çətinliklərin azaldılması üçün artan ehtiyac görürük. Mövcud texnologiya bizə bu planı həyata keçirmək üçün əla bir fürsət verir”.

Paylanmış mühasibat texnologiyasına əsaslanan Wells Fargo platforması, banka “istifadə edilən hesablara, əməliyyatlara və ya onların əlaqələndirilməsi üçün infrastruktura təsir etmədən, demək olar ki, real vaxtda” pul köçürməsinə imkan verəcəkdir. Bundan əlavə, şirkətin beynəlxalq filialları iş vaxtı xaricində pul köçürmələri edə biləcəklər.

“Wells Fargo Digital Cash bizə dünya bazarlarında real vaxt rejimində mövcud maneələri aradan qaldırmağa imkan verəcəkdir”.

 ©Banker.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır