PR

“YouTube”un zirvəsində: #Susamam - Video
13 SENTYABR
113

“YouTube”un zirvəsində: #Susamam - Video

2019-09-13 11:13:00

Dilimizdə və ölkəmizdə (Türkiyəni nəzərdə tutur-red.) rep musiqisinin tarixi uzun illər öncə başlayıb. Son dövrlər isə dəyişən dinamika ilə yerli və qlobalda özündən daha çox söz etdirir.

Fins.az Facemark.az-a istinadən xəbər verir ki, təbiət, quraqlıq, ədalət, Türkiyə, İstanbul, təhsil, sorğulamaq, qadın hüquqları, qürbət, heyvan haqları, intihar, faşizm, küçə, trafik başlıqları altında cəmiyyət məsələlərinə toxunulan mahnının klipi “YouTube Trend Videolar Siyahısında” birinci yerə yüksəlib (Sentyabrın 6-da YouTube Trend Videolar Siyahısında birinci olan video, hazırda 19-cudur).

Rejissorluğunu Şanişerin apardığı klip “YouTube”da bu günə qədər 22 000 000 -a yaxın baxış əldə edib.

14 dəqiqəlik Türkçə rep sentyabrın 6-da 00:00-da “YouTube” və çeşidli musiqi platformalarında paylaşıldı. #Susamam; Şanışer, Fuat, Ados, Hayki, Server Uraz, Beta, Tahribad-ı İsyan, Sokrat St, Ozbi, Deniz Tekin, Sehabe, Yeis Sensura, Aspova, Defkhan, Aga B, Mirac, Mert Şenel və Kamufle-yi bir araya gətirib.

“Twitter”də paylaşıldığı gün #Susamam həştəqindən istifadə edərək 300 000 tvit atılıb. “Ekşisözlük”də təxminən 2000-ə yaxın qeyd var. Klip vasitəsilə gəliri kənd məktəblərinə bağışlanacaq #Susamam məhsullarının da tanıtımı həyata keçirilib. Həmçinin yenə Şanışer tərəfindən yaradılan yüz filtri-də “Instagram”da istifadə olunur.

MediaCat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır