PR

“Facebook” Türkiyədə Stansiya Mərkəzi açır - Video
12 SENTYABR
111

“Facebook” Türkiyədə Stansiya Mərkəzi açır - Video

2019-09-12 16:04:00

Bu gün Türkiyənin İstanbul şəhərində “Facebook”un Stansiya Mərkəzinin (@Facebook İstasyonu) açılışı baş tutub.

Facemark.az-ın da tədbirdə olduğu açılışda Türkiyənin Palata və Birjalar Birliyinin (TOBB) rəhbəri Rifat Hisarcıklıoğlu, “Facebook”un Afrika, Orta Şərq, Türkiyə üzrə regional direktoru Ari Keşişoğlu, “Facebook”un siyasi məsələlər üzrə regional direktoru Ebele Okabi, “Habitat Dərnəyi”nin rəhbəri Sezai Hazır ilə çox sayıda dəvətli qatılıb.

“Facebook”un Türkiyədəki ən vacib investisiyası olan layihənin məqsədi, Türkiyədəki fərqli cəmiyyətlərin dijital dünyada böyümələri üçün lazım hesab etdikləri mənbə, bilgi, bacarıqlara çatmasına, mobil olmalarına, tədbirlər təşkil etmələrinə dəstək göstərmək və bu cəmiyyətlər arasında körpü yaratmaqdır.

“Facebook”un Stansiya Mərkəzi, eyni zamanda Türkiyədəki müəssisələrin qlobal bazarlara çıxmasına dəstək olmağı hədəfləyir. Tədbir Facebook-un Orta Şərq, Afrika və Türkiyə bölgəsi rəhbəri Ali Erkeşişoğlu, Ali Sabancı, Kənan Çolpan və Ece Başay moderatorluğu ilə 4 panel üzrə davam edəcək.

Canlı yayıma aşağıdakı videodan baxa bilərsiniz.

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır