PR

“Coca-Coca” artırılmış reallıq əsaslı reklam kampaniyasını buraxdı -Video
11 SENTYABR
146

“Coca-Coca” artırılmış reallıq əsaslı reklam kampaniyasını buraxdı -Video

2019-09-11 16:42:00

“Coca-Cola” yeni artırılmış reallıq əsaslı reklam kampaniyasını buraxıb.

Fins.az-ın məlumatına görə, “The Drum” nəşri yazır ki, içki istehsalçısı 12 fərqli hekayə hazırlayıb. İstifadəçilər video çarxa baxmaq üçün smartfonun kamerasını içkinin bankasına yaxınlaşdırmalıdırlar.

Yeni reklam kampaniyası “Ogilvy Mexico” və “VFX house Timber” reklam agentliyi ilə birgə ərsəyə gətirilib. Hər hekayədə Coca-Cola bankası ətrafında konflikt yaranır, hər konflikdə isə personajlar ondan çıxış yolu axtarırlar. Məsələn, çarxın birində uşaqlar çətirin üstünə düşən voleybol topunu aşağı salmaq istəyirlər. Başqa bir videoda isə futbol fanatları bankanın ətrafında görüşürlər, barabanın ətrafında oynamağa başlayırlar, amma anidən bankada futbol topu çıxır və onlar dost olurlar.

Artırılmış reallıqdan başqa, şirkət video çarxda beksteyci də (arxa səhnəni) göstərib. Məsələn, onlar personajları necə çəkiblər, 3D işlənmə prosesi necə aparılıb, həmçinin video çarxı tətbiqdə aktivləşdirmənin yolları göstərilib.

©Facemark.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır