PR

Dünya üzrə internetin ən ucuz olduğu 10 şəhər
11 SENTYABR
309

Dünya üzrə internetin ən ucuz olduğu 10 şəhər

2019-09-11 15:46:00

Deutsche Bank internetin qiymətinə görə şəhərlərin reytinqini dərc edib. Reytinqin hazırlanması üçün  ekspertlər 8 Mbit/s sürətli bir aylıq internetin qiymətin götürüblər.

İnternetin ucuz olduğu 10 şəhəri tanıyaq:

  1. Dakka

İnternetin qiyməti: 16 dollar

Dakka Banqladeşin paytaxtı və ən iri şəhəridir. Dakkada internet-kafelərin sayı azdır və Wi-Fi geniş istifadə olunur. Onlar əsasən ticarət komplekslərində yerləşdirilir.

Wi-Fi Dakkada və şəhər ətrafı otellərdə, qəhvə mağazalarında və restoranlarda yerləşdirilib.

  1. Helsinki


İnternetin qiyməti: 16 dollar

Helsinki Finlandiyanın paytaxtı və ən iri şəhəridir. Helsinki Vantaa, Espoo və Kauniaynen şəhər-sputnikləri ilə birlikdə milyondan çox əhali sayı ilə paytaxt ərazini formalaşdırır.

Helsinkidə hər məqsədə uyğun müxtəlif paketlər təklif edən çoxlu internet-əlaqə və mobil opertorlar var.

Ümumilikdə şəhərdə internet çox ucuzdur: hər kəs özünə uyğun internet paket seçə bilər.

  1. Şanxay

İnternetin qiyməti: 15 dollar

Şanxay əhali sayına görə Çinin və dünyanın ən iri şəhəridir. Çində istifadəçilərin çoxu (95%) internetə yüksəksürətli bağlantı vasitəsilə qoşulur.

Geniş yayılmış provayder China Telecom (48% ticarət), China Unicorn (16%) və China Mobile (11%)-dır və onlar EDGE vasitəsilə mobil internet və WAP da daxil olmaqla həm mobil rabitə həm də ev şəraitində bağlantı xidmətini təqdim edirlər.

  1. Mumbay
Mumbay
Mumbay

İnternetin qiyməti: 13 dollar

Mumbay Hindistanın qərbində və Ərəb dənizinin sahilində yerləşən şəhərdir.

Mumbay əsas iqtisadiyyat və mədəniyyət mərkəzlərindən biridir, ziddiyyətli şəhərdir, belə ki, zənginlik yoxsulluqla birgə addımlayır.

Hindistanın digər şəhərləri ilə müqayisədə Mumbay yüksək həyat göstəricisi və  əmək fəaliyyətinə görə fərqlənir.

  1. Varşava
İnternetin qiyməti: 12 dollar

Varşava Polşanın paytaxı və ərazisinə və əhali sayına görə ən iri şəhəridir. İnternetin ən ucuz olduğu  şəhərlərin top 10-luğuna daxil olan bir şəhər kimi burada pulsuz internet bağlantı mövcuddur.

Şəhərdə bir çox yerləri əhatə edən ümumi Wi-Fi şəbəkəsi vardır.

Wi-Fi, demək olar ki, şəhərin bütün kafe və restoranlarında, həmçinin, Coffee Heaven, McDonald’s, Starbucks, Pizza Hut və KFC-də də var.

Pulsuz Wi-Fi-dan Varşavanın bəzi şəhər avtobuslarında istifadə etmək mümkündür (onlarda Wi-Fi olmasını xüsusi stikerlərlə bilmək mümkündür). Bir çox ticarət obyektlərində və əyləncə məkanlarında da Wi-Fi var,lakin həmişə pulsuz deyil.

  1. Banqalor

İnternetin qiyməti: 12 dollar

Banqalor Hindistanın cənubunda administrativ mərkəz və iri şəhərdir.

Banqalor Asiyanın dinamik inkişaf edən, elm və sənaye mərkəzlərindən biridir, o, maşınqayırma, elektronika, aerokosmik sahələrində, telekommunikasiya avadanlıqları və müdafiə sənayesi üzrə istehsalat məhsulları təqdim edir.

Bundan başqa, Banqaloru çox tez-tez “Hisdistanin Silikon Vadisi” adlandırırlar və bu, informasiya texnologiyaları ilə əlaqəli şirkətlərin say çoxluğuna görədir.

  1. Qahirə

İnternetin qiyməti:12 dollar

Qahirə Misir Ərəb Respublikasının paytaxtıdır.Yaxn Şərqin ən iri və Afrikanın Laqosdan və Kinşasdan sonra ərazisinə görə üçüncü şəhəridir.

Böyük Qahirədə “Ağıllı kənd” iri müasir kompyuter və telekommunikasiya texnologiyaları elm-istehsal mərkəzləri təşkil olunub, bu, Amerikanın Silikon vadisi və Rusiyanın “Skolkovo”-sunun analoqudur.

  1. Yeni Dehli

İnternetin qiyməti: 11 dollar

Hindistanın rəsmi paytaxtıdır, ərazisi 42,7 kv. km.dir və Dehli metropolisində yerləşir. Hindistan və Dehli hökumətləri burada yerləşirlər.

Əsas xidmət sahələrinə informasiya texnologiyaları, telekommunikasiya, mehmanxanalar, bank işləri, kütləvi informasiya vasitələri və turizm daxildir.

Şəhərdə internet də ucuzdur.

  1. İstanbul

İnternetin qiyməti: 9 dollar

İstanbul Türkiyənin ən iri şəhəri, ölkənin əsas limanı, ticarət, sənaye və mədəniyyət mərkəzidir.

Turkcell şirkəti – Türkiyədə geniş əhatə dairəsi olan əsas şəbəkə operatorudur və ən uzaq şəhərləri belə əhatə edir.

Dövlət əhalisinin 60%-i bu şirkətin abonentidir və bura fərdi və korporativ müştərilər daxildir.

Şirkət mütəmadi olaraq müxtəlif aksiyalar təşkil edir və  əlverişli mobil rabitə paketləri və internet girişi satır.

Digər şirkətlər də həmçinin müştərilərə əlverişli təkliflər etməyə çalışırlar. Beləcə, İstanbul aşağı  internet qiymətli şəhərlər sırasına daxil olub.

1 . Moskva

İnternetin qiyməti: 7 dollar

Moskva Rusiya Federasiyasının paytaxtıdır. Moskva iri maliyyə mərkəzi, beynəlxalq iş və iqtisadiyyatı idarəetmə mərkəzidir.

Moskva ən ucuz internet-şəhərlər reytinqində birinci yerdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır