PR

Jack Daniel’s brendinin müvəffəqiyyət tarixi
10 SENTYABR
89

Jack Daniel’s brendinin müvəffəqiyyət tarixi

2019-09-10 10:33:00

Jack Daniel’s məşhur viskinin yaranma tarixi, bizə müvəffəqiyyət qazanmaq üçün zəngin atanın övladı və ya dünyanın nüfuzlu universitetlərindən birinin tələbəsi olmaq şərt deyil. Müvəffəqiyyətin sirri güclü maraq və qələbə qazanmaq ruhundadır.

Jack Daniel’s brendini yaratmış insan ali təhsilli və ya zəngin bir ailənin övladı olmayıb. Buna baxmayaraq, bu marka özündə mükəmməl marketinq və texnoloji prosesi birləşdirə bilmişdir.

Hər şey necə başlamışdır

1840-cı illərdə ABŞ-ın Tennes ştatında Jasper Newton Daniel anadan oldu. Onun ailəsi çoxuşaqlı olub və Jack evin kiçiyi, onuncu uşağı idi. Uşaq anasını iki yaşda olarkən itirmişdir və gah qohumları, gah da dostları gildə qalmaq məcburiyyətində idi. Yeddi yaşında Jasper işə düzəldi. O, bu işin onun gələcək həyatını müəyyənləşdirəcəyini bilmirdi.

Jack spirtli içkilərin istehsalı ilə məşğul olan keşişçi Dan Call-a kömək edirdi. Onun müştəriləri arasında bir çox viski pərəstişkarı var idi, buna görə Dan Call vaxtının çox hissəsini məhz bu içkinin hazırlanmasına sərf edirdi. Onun gənc köməkçisi çox ağıllı idi və hər şeyi tez öyrənirdi. İçkilərin istehsalı üzrə bacarığında görə, 13 yaşda Jack idarəçiliyə başlayır.

Dan Call gənc istehsalçıya viskinin istehsal texnologiyasını öyrətdi. Jack bir şey başa düşdü: “İşi yaxşı yerinə yetirməliyəm”. Bu gün Jack Daniel’s markasının şüarı belədir: “Viski istehsal etdiyimiz müddətcə onu bacardığımız qədər keyfiyyətli edəcəyik”.

Jack-in öyrəndiyi texnologiya eyni anda həm sadə, həm də mürəkkəb idi. Onu sirri şəkər ağcaqayından istifadə etməklə içkinin filtrdən keçirilməsində idi. Bu prosedurdan sonra viski “yumşaqlıq” və “zəriflik” keyfiyyətlərini alırdı. O dövrün spirtli içki istehsalçılarının fikrincə, kişilər üçün nəzərdə tutulmuş içkilər sərt olmalıdır və bu səbəbdən texnologiyaya yatırım etməyin mənası yoxdur.

Bundan başqa, keyfiyyətli viski istehsalı üçün dadlı sudan istifadə etmək lazım gəlirdi. Jack öz şəhərciyinin yaxınlığında bulaq tapdı. Məlum oldu ki, burdakı suyun qeyri-adi tamı var. Viskinin istehsalında da məhz bu bulağın suyundan istifadə olunmağa başlandı. Yeni içkiyə Belle of Lincoln adı verildi.

Məşhurluq və dünya üzrə tanınma

1996-cı ildə Jack Daniel’s şirkəti spirtli içkilərin istehsalı üçün patent aldı. İçkinin etiketi üzərində də bu rəqəmi görə bilərsiniz. Buna baxmayaraq, şirkətin rəsmi qeydiyyatı 9 ildən sonra baş verdi.

İçkinin ilk pərəstişkarları onu gildən hazırlanmış butulkalarda alırdılar. Hər bir butulkanın üzərində Daniel “Mister Jack” yazırdı. Bir qədər sonra spirtli içkilər üçün şüşə butulkalardan istifadə olunmağa başladı və Jack da istisna olmadı. Bütün butulkalar üzərində zavodun adı oyulurdu.

Dördkünc Jack Daniel’s butulkası bizə daha tanış gəlir. Əslində, həmin dövrdə istehsal edilən butulkaların hamısı yumru idi və Jack-in təklifi insanlara inandırıcı gəlmirdi. Gənc sahibkar elə hesab edirdi ki, kvadrat butulka daha rahatdır, az yer tutur və görünüş baxımından çox cəlbedicidir.

Daniel bilirdi ki, istehlakçıların diqqətini cəlb etmək lazımdır. Onun ilk marketinq metodlarından biri də qeyri-peşəkar orkestrdən istifadə etməsi oldu. Musiqiçilər “Qırmızı köpək” və “Ağ dovşan” müəssisələrinin yanında müxtəlif əsərləri çalırdılar.

Jack Daniel’s brendinin və loqosunun yaradıcısı da Jack olub. İçkinin tam adı Jack Daniel’s Old No.7 Tennessee Whiskey kimi səslənir. 1904-cü ildə bu içki “dünyanın ən yaxşı viskisi” adına layiq görülüb.

Biznesin davamı

Jack Daniel işini çox sevirdi, ona görə də çox vaxt ailəyə lazımi qədər vaxt ayıra bilmirdi. Onun  nə həyat yoldaşı, nə də uşaqları olmayıb. Bu səbəbdən biznesin varisi Jack-in qardaşı oğlu Jess Motlow oldu. Jess viskinin istehsalına heç bir dəyişiklik etmədi, əslində buna ehtiyac yox idi. Hər kəs bu içkini olduğu kimi sevirdi. Motlow müharibə dövrünü keçərək, biznesi qoruyub saxlaya bilmişdir.

İstehsal prosesində ilk dəyişiklər 1988-ci ildə oldu: şəkər ağcaqayını əvəzində daş kömür istifadə edilməyə başladı. Həmin dövrdə şirkəti Jack Rain idarə edirdi.

Bu gün Jack Daniel’s

Bu gün mağazalarda gördüyümüz Jack Daniel’s viskisinin dörd yaşı var. Daha əvvəl istehsalçılar on iki və hətta iyirmi beş illik viski hazırlayıblar. Məlum oldu ki, viski üçün ən yaxşı variant dörd ildir. Bu gün Jack Daniel’s brendi dörd növ içki istehsal edir: Gentlemen JackSilver SelectSingle Barrel və Green Label.

Şirkətin hazırkı rəhbəri 2008-ci ildən bəri bu vəzifəni tutmuş Jeff Arnett-dir. Ümumilikdə şirkətdə təxminən 300 nəfər çalışır, illik gəlir isə 125 milyon dollara yaxındır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır