PR

“Instagram”da ən məşhur Rusiyalı kimdir?
09 SENTYABR
87

“Instagram”da ən məşhur Rusiyalı kimdir?

2019-09-09 16:33:00

Təkbətək döyüşlərin döyüşçüsü Həbib Nurmaqomedov “Instagram” sosial şəbəkəsində ən məşhur Rusiyalı olub. Həbibə belə nəticəyə çatmasının səbəbi döyüşlərdə əldə etdiyi uğurlar səbəb olub.

Fins.az xəbər verir ki, bu haqda “Sportbox” portalı yazıb.

Bir neçə gün öncə Nurmaqomedov ikinci dəfə ardıcıl olaraq UFC çempionu titulunu müdafiə edib və Dastin Poryeyə qalib gəlib. O, döyüşdə qalib gələrək, yüngül çəki üzrə çempionluq kəmərin yeganə sahibi olub. Çempionluq titulunu əldə etdikdən sonra, onun sosial şəbəkədə abunəçilərinin sayı 16,4 milyona (9 sentyabr üzrə) çatıb.

Həbib bu göstərici üzrə Olqa Buzovanı ötüb keçib. Onun abunəçilərinin sayı isə 16,3 milyon nəfərdir. Maraqlıdır ki, Olqa və Həbib ümumi abunəçilərin 10%-ə sahibdirlər.

Dünya üzrə “Instagram”da lider isə portuqaliyalı futbolçu Kriştiano Ronaldo olub, 182 milyon abunəçi ilə.

Facemark.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır