PR

“Facebook” tanışlıq xidmətini 20 ölkədə işə saldı – Siyahı + Foto
09 SENTYABR
104

“Facebook” tanışlıq xidmətini 20 ölkədə işə saldı – Siyahı + Foto

2019-09-09 10:30:00

Dünyanın ən böyük sosial platforması olan “Facebook”, insanları bir-birinə tövsiyə edəcək və ünsiyyətə keçmələrinə kömək olacaq tanışlıq xidmətini ötən ildən test etməyə başlamışdı.

Fins.az xəbər verir ki, Mark Zuckerberq öz hesabı üzərindən paylaşdığı məlumatda deyib ki, “Facebook Dating” başlanğıcda ABŞ da daxil olmaqla, 20 ölkədə əlçatan olacaq.

Yeni funksiyanı əlçatan olduğu ölkələr isə bunlardır: Argentina, Boloviya, Braziliya, Kanada, Çili, Kolombiya,Ekvador, Qana, Maleziya, Meksika, Paraquay, Peru, Filippin, Sinqapur, Uruqvay, Viyetnam, Taylanda, Surinam, Lahos. “Facebook Dating” Avropa ölkələrində isə 2020-ci ilin əvvəlində açılması planlaşdırılır.

“Facebook Dating” nə təklif edir?

İstifadəçilərin tanışlıq üçün yaratığı profili, dostluq siyahınızda olan şəxslərdən gizlətmək mümkün olacaq. İstəyə bağlı olaraq ortaq dostlar görünə bilər. “Dating”in daxilində foto və stories strukturu da olacaq. Onun əsas funksiyası isə eyni qrup və fəaliyyətlərə maraq duyan insanları tapmaq və “Instagram” paylaşımlarını profilə daxil etmək aiddir. Bundan başqa, tövsiyə edilənlər maraq dairələrinə və platformadakı fəaliyyətlərinə görə müəyyən edilir.

Xidmət qonşu ölkə olan Türkiyədə isə 2020-ci ildə əlçatan olacaq.

©Facemark.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır