PR

“Tumblr” bloq xidməti “WordPress”in sahibinə satılmış ola bilər
06 SENTYABR
89

“Tumblr” bloq xidməti “WordPress”in sahibinə satılmış ola bilər

2019-09-06 09:49:00

“Verizon Communications”a daxil olan ”Tumblr” bloq xidməti “Automattic” şirkətinə (“WordPress”in daxil olduğu şirkət) satılmış ola bilər.

Fins.az xəbər verir ki, bu haqda “The Wall Street Journal” nəşri yazıb. 

Müqavilənin miqdarı və onun şərtləri haqqında isə məlumat verilməyib. Nəşrin mənbəyinin sözlərinə görə, xidmətin aktivlərinin dəyəri 20 milyon dollardan azdır.

Müqayisə üçün deyək ki, “Tumblr” 2013-cü ildə “Yahoo” (Verizon -un daxil olduğu) tərəfindən 1,1 milyard dollara satın alınmışdı. Nəşrə açıqlama verən mənbə bildirib ki, hazırkı razılıq çərçivəsində “Tumblr”ın təxminən 200 əməkdaşı “Automattic” şirkətinin tərkibə keçməsi nəzərdə tutulub. “Verizon” kompaniyası hələ 2019-cu ilin mayından “Tumblr”a alıcı axtarışındadır. Həmin vaxtı alış ilə maraqlanan isə “Pornhub” idi.

Bloq servisi olan “Tumblr” 2007-ci ildə buraxılıb. O mikrobloq saytının elementlərini sosial şəbəkə ilə birləşdirir. Sonuncu məlumatlara görə, platformadan təxminən 500 milyon blogger qeydiyyatdan keçib.

©Facemark.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır