PR

“Facebook” mətbuata pul ayırır – 3 milyon dollar
05 SENTYABR
91

“Facebook” mətbuata pul ayırır – 3 milyon dollar

2019-09-05 17:01:00

“Facebook” aparıcı Amerika KİV-lərinə illik lisenziya əsasında 3 milyon dollar ödəyəcək.

Fins.az “The Wall Street Journal”a istinadən xəbər verir ki, bu sosial şəbəkənin özünün xəbərlər bölməsində kontentin yerləşdirilməsi ilə bağlıdır.

Bildirilir ki, müvafiq təklifi alan nəşrlər isə “Dow Jones”, “The Washington Post” və “Bloomberg”dir. Sosial şəbəkə KİV-ə onların seçdikləri material və fotoların yerləşdirilməsinə şərait yaradacaq. Birinci halda sosial şəbəkədə birbaşa məqalə yerləşdirilə bilər, ikinci halda isə başlığa klikləməklə mövcud sayta keçid etmək nəzərdə tutulub. Sosial şəbəkədə yeni bölmənin yaradılması isə 2019-cu ilin payız ayına planlaşdırılıb. Nəşr, həmçinin qeyd edir ki, lisenziyanın minimal müddəti isə cəmi 3 il olacaq. “Facebook”un media ilə müqavilə bağlaması haqqında məlumat isə hələ məlum deyil.

“The Wall Street Journal” nəşri yazır ki, daha əvvəl “Google” onların kontentini nümayiş etdirdiyinə görə, mediaya pul ayırmaması ilə bağlı olaraq tənqid edilmişdi. Bugünkü dövrdə isə “Google” və “Facebook” xəbər istehsalçıları üçün əsas distribyutorudur.

NYT-nin məlumatına görə isə onlar xarici trafikin 80%-dən çoxunu müxtəlif saytlar üzrə paylayırlar. Ötən il isə “Google” xəbər axtararkən yayımlanan reklamdan 4,7 milyard dollar qazanmışdı. Amerikan KİV-i isə anoloji dövrdə 5,1 milyard dollar, “Google”un qazandığından bir qədər reklamdan qazanıb.

©Facemark.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır