PR

IKEA öz reklam çarxında evsiz itləri ayırdı və yenidən birləşdirdi – Video
05 SENTYABR
63

IKEA öz reklam çarxında evsiz itləri ayırdı və yenidən birləşdirdi – Video

2019-09-05 17:00:00

IKEA kompaniyası Yunanıstanda yeni reklam çarxı hazırlayıb.

Fins.az xəbər verir ki, şirkət iki itin nümunəsində brendin məhsulları ilə təchiz edilmiş evin rahatlığını göstərib. Çarx isə “Ogilvy” reklam agentliyi ilə birgə ərsəyə gətirilib.

Çarxın qəhrəmanları olan ər və arvad və kiçik qızları, özləri belə bilmədən evsiz iki iti bir-birindən ayırıb. Riteyler göstərib ki, əsl dostluqlar heç vaxt zəifləmir, hətta onlardan biri isti evdə, digəri isə yağışın altında küçədə yaşamasına baxmayaraq.

Reklam çarxında küçə və ev itinin gündəlik həyatına dair ziddiyyəti göstərir. Onlardan biri IKEA-nın mebelləri ilə təchiz edilən, isti evində xoşbəxtdir, digər isə evsiz dostu üçün darıxır. İtin sahibləri isə ona kömək etməyə qərara gəlirlər.

Emosional səhnələr Endi Uilyams-ın lirik kompozisiyası əsasında cərəyan edir.

©Facemark.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır