PR

McCafé tərzini və loqotipini yeniləyib
22 AVQUST
130

McCafé tərzini və loqotipini yeniləyib

2019-08-22 14:26:00

McDonald’s-a məxsus qəhvə şəbəkəsi  tərzini və loqotipini dəyişməklə on illiyni qeyd edib.

İndi artıq qəhvə məkanlarında qızılı rəngli fincanlardan istifadə olunacaq – yüksək keyfiyyətli qəhvəyə  işarə kimi. Dəyişiklik digər qablaşdırmaya da aiddir. Loqotipidə isə ciddi bir dəyişim olmayıb, o, daha oxunması rahat şəkilə gətirilib və altından xətt götürülüb. Şirkətin sloqanı da dəyişib və artıq belə səslənir: “Good is Brewing”.

“Uzun illərdir biz McCafé brendi ilə qarşılıqlı əlaqələr təcrübəsini inkişaf etdirməyə çalışır və məqsədimiz çeşidliliyi artırmaq və ya kafedə xidmətin təkmilləşdirilməsidir. Bu son yenilik brendin müasirləşdirilməsində və inkişafının təmin olunmasında atdığımız addımdır. Biz qəhvəni çox sevirik və ilk öncə ona diqqət edəcəyik ki, McCafé bu içkini sevənlər üçün cəlbedici bir məkan olsun” – McDonald’s-ın qida işləri üzrə vitse-prezidenti Linda VanGosen deyib.

Hələ ki, yenilənmiş dizayn və qızılı fincanlar yalnız ABŞ istifadəçiləri üçün keçərlidir. Digər ölkələrə nə zaman aid ediləcəyi isə hələ ki məlum deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır