PR

Estoniyanın Bolt taksi xidməti qida çatdırılması bazarına daxil olub
21 AVQUST
125

Estoniyanın Bolt taksi xidməti qida çatdırılması bazarına daxil olub

2019-08-21 16:10:00

Bolt taksi xidməti Tallində Bolt Food qida çatdırılması xidmətini işə salıb. İlin sonuna kimi xidmət Latviya, Litva və Cənubi Afrikada olacaq. 2020-ci ildə isə  Avropa və Afrika yeni bazarlarına çıxacaq.

Sifariş üçün istifadəçi Bolt Food tətbiqini yükləməlidir – orada yaxın ərazidəki tərəfdaş-restoranlar göstəriləcək. Hal-hazırda Tallinin mərkəzində 80-dən çox qurum bu xidmətə qoşulub, çatdırılma territoriyası genişləndiriləcək. Əvvəlcə çatdırılma pulsuz olacaq.

Restoranlar və kuryerlər xidmətə onun saytında qoşula biləcəklər. Bolt-da bildiriblər ki, kuryerlərə rəqiblərindən çox pul ödəməyə çalışacaqlar, lakin dəqiq məbləğ açıqlanmır. Şirkətdən ancaq onu bildiriblər ki, kuryerlərin maaşı restoran və istifdəçi komissiyasından ödəniləcək, xidmət işə salınanda isə müştəri üçün çatdırılmanı subsidiya edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır