PR

TikTok Rusiyada reklamın satışları üzrə direktor işə aldı
05 AVQUST
81

TikTok Rusiyada reklamın satışları üzrə direktor işə aldı

2019-08-05 10:50:00

“ByteDance” şirkətinin sahib olduğu TikTok-un rəhbərliyi Stepan Slyusarevi bu videoservisin Rusiyada reklamın satışları üzrə direktoru olaraq işə götürüb.

Fins.az xəbər verir ki, Slyusarev öz “Facebook” səhifəsi üzərindən deyib ki, o bu postdakı vəzifəsinə iyun ayından etibarən başlayıb.

Qeyd etmək yerinə düşər ki, o daha əvvəl (2015-2019-ci illər) “Httpool” kompaniyasında anoloji vəzifələr üzrə çalışıb. “Httpool” Twitter, LinkedIn-də reklamın satışları ilə məşğul olur. Onun, həmçinin “Google” və IBM-nin Rusiya bölməsi üzrə iş təcrübəsi var.

Xatırladaq ki, TikTok qısa musiqi klipləri və mesajlaşma mübadiləsi yaratmaq üçün proqramdır. Şirkətin öz məlumatlarına görə, TikTok-da istifadəçilərin sayı 500 milyonu ötür. Onun istifadəçilərinin əsas hissəsi uşaqlar və yeniyetmələrdir. Belə ki, istifadəçilərinin 40%-i məhz 18 yaşdan aşağıdır.

May ayında TikTok-un Rusiya bölməsi üzrə nümayəndəsi demişdi ki, TikTok-u Rusiyada ayda 8 milyon istifadəçi istifadə edir. Hər ay onlar 10 milyard çarxa baxırlar. Brendlər gənclər ilə marketinq kommunikasiyası üçün bu kanaldan istifadə edirlər. Məsələn, “Sberbank” öz məhsullarının təşviqi üçün bu kanalda əyləncəli çarxlar paylaşır.

©Facemark.az 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257