PR

Reklamverənlərin sosial şəbəkələrdəki xərcləri 37% artıb – Foto
02 AVQUST
124

Reklamverənlərin sosial şəbəkələrdəki xərcləri 37% artıb – Foto

2019-08-02 14:26:00

“Kenshoo” öz tədqiqatında “Instagram Stories”də qlobal reklam xərclərinin artmasından və video elanların necə populyarlaşmasından danışıb.

Fins.az xəbər verir ki, “Kenshoo”nun təqdiqatına görə, 2019-cu ilin aprel-iyun ayları ərzində reklamverənlər sosial şəbəkələrdə ötən ilin anoloji dövrü ilə müqayisədə 37% daha çox pul xərcləyib. Elanlara baxışların ümumi sayı isə 24% artıb. Təhlil 150 ölkədəki müştərilər arasında aparılıb.

 

Ekspertlərin qiymətləndirməsinə görə, xərclərin artmasının əsas drayveri rolunda “Instagram Stories” tutub. Amma reklamverənlərin sosial şəbəkənin əsas xəbər lentində reklam yerləşdirilməsi isə öz populyarlığını itirib. “Instagram” reklam gəlirlərinin artması baxımından, “Facebook”un əhəmiyyətli strateji komponenti olaraq qalır.

“Kenshoo” hazırladığı tədqiqatda deyir ki, “Instagram” müntəzəm olaraq istifadəçilərin, şirkətlərin öz reklam kampaniyalarında istifadə edə biləcəyi yeni funksiyalar təqdim edir. Xüsusi ilə bu səyahət sənayesi, moda, əyləncə, gözəllik markalarına aiddir. Onlar reklamda daha böyük vizual effektlər tələb edirlər. Artım, həmçinin videoreklamlarda da özünü göstərib, belə ki, 2019-cu ilin ikinci rübündə reklamverənlər ötən illə müqayisədə 53% daha çox xərc çəkiblər.

Video reklamlar statik bir postdan bahalı olmasına baxmayaraq, rüb ərzində sosial şəbəkə gəlirlərinin 43%-ni belə reklamlar təşkil edib. Eyni zamanda, klik sayının reklamların göstərilməsinə nisbəti düşməyə davam edir. İkinci rübdə klikləmə göstəricisi 12% azalıb. Ancaq “Kenshoo” ekspertləri izah edirlər ki, bu tendensiyanı sosial şəbəkələr üçün birmənalı olaraq neqativ adlandırmaq olmaz. Video elanların populyarlığı və Storieslərdə reklamı nəzərə alaraq, reklamverənlər istifadəçilər ilə birbaşa əlaqəyə deyil, brendləşməyə fokuslanırlar.

Reklam xərcləri, həmçinin elektron ticarət platformalarında əhəmiyyətli dərəcədə artıb. İkinci rübdə reklamverənlərin belə xərcləri ötən ilin anoloji dövrü ilə müqayisədə 66% artım göstərib. Baxışların və kliklərin sayı demək olar ki, eyni səviyyədə böyüyüb: Müvafiq olaraq 59% və 57%. “Kenshoo”nun mütəxəssisləri isə bunu onunla əlaqələndirir ki, onlayn-şopinq platformalarında yerləşdirilən reklamlar istifadəçilərin ehtiyacları ilə dəqiq üst-üstə düşür.

Rəqəmsal reklamın axtarış sistemləri dominant seqment olaraq qalır. Bu il brendlər 2018-ci ilin ikinci rübü ilə müqayisədə reklamlara 10% daha çox pul xərcləyib. Ancaq elanlara baxış sayı və kliklər sürətlə artıb: Müvafiq olaraq 41% və 23%. Mobil axtarış sistemləri reklamverənlərin xərclərinin artmasının əsas drayveri olub. Bu, seqment marka xərclərinin yarısından çoxunu-51%-ni təşkil edib. Mütəxəssislərin sözlərinə görə, deskopda reklamlar artıq reklamverənlərin əsas xərcləri sırasına daxil olmayacaq.

Qeyd etmək yerinə düşər ki, “Kenshoo”nun araşdırması 15 ay ərzində 3000-dən çox agentlik arasında keçirilib.

©Facemark.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257