PR

Dostum postumu layk etmədi dərdinə son! -Video
02 AVQUST
89

Dostum postumu layk etmədi dərdinə son! -Video

2019-08-02 10:29:00

MAPFRE Sığorta, insanların diqqətini Dünya Dostluq Gününə çəkmək üçün hazırladığı “Layk Sığortasını” yayımladığı əyləncəli reklam filmi ilə tanıdır.

Fins.az xəbər verir ki, “Layk Sığorta” məhsulu üçün hazırlanan reklam filmində sığorta şirkətinin əməkdaşları kamera qarşısına keçib.

Dostlarından umduqları laykları ala bilməyənlərin köməyinə çatmaq üçün güclərini birləşdirib.

Çarxda göstərilir ki, “Layk Sığorta”sına baş çəkən şəxslərin postları MAPFRE Sığorta tərəfindən bəyəniləcək. Film “Dostunu Instagramda tanı” konsepti ilə hazırlanıb və Mullenlowe İstanbul imzasını daşıyır.

İşin maraqlı tərəfi odur ki, bu sığorta məhsulu satılmayacaq, amma “Layk Sığorta”sındakı bəyənmələr isə tamamilə real olacaq. Sığortaya müraciət edənlər seçdikləri bir fotoya MAPFRE Sığortanın işçilərindən 100 layk alacaq.

Fotolarına laykların sayını artırmaq istəyənlər isə 30-31 iyul tarixlərində, MAPFRE Sığortanın Instagram səhifəsini bəyənməli, müsabiqə ilə bağlı posta üç dostunu təg etməli və Form.mapfre.com.tr/like-sigortasi ünvanından formu doldurmalı olacaqlar.

Mənbə: MediaCat

©Facemark.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257