PR

“Maşa və Ayı”nın epizodlarından biri “Ginnesin Rekordlar” kitabına düşdü - Video
01 AVQUST
234

“Maşa və Ayı”nın epizodlarından biri “Ginnesin Rekordlar” kitabına düşdü - Video

2019-08-01 15:54:00

“Maşa və Ayı” cizgi filminin epizoduna (Maşa plus kaşa) “YouTube” kanalında 4 milyard dəfədən çox baxış olub.

Fins.az Facemark.az-a istinadən xəbər verir ki, bu haqda cizgi film istehsalçısının “Animakkord”un saytında bildirilib.

“Maşa plus kaşa” çarxı platformanın tarixində ən çox baxılanların siyahısında 4-cü olub. (Ed Sheeran, Luis Fonsi və Daddy Yankeenin klipləri üçlükdədir). Həmçinin epizod Ginnes-2019 Rekordlar Kitabına da düşüb. Bu isə onun “YouTube” kanalında ən çox baxılan cizgi filmi olmasına görədir.

Qeyd etmək yerinə düşər ki, bu “Maşa və Ayı” serialının videohostinqin milyard statusu qazanan ilk epizodu deyil. Daha əvvəl “Priyatnovo appetita” (1,3 milyarddan çox baxış) və “Bolşaya stirka” (1,1 milyard) epizodları platformada baxış yığmışdı.

Mənbə: AdIndex

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257