PR

“McDonald’s”un loqosu niyə sarı və qırmızı rənglərdən ibarətdir? – Foto
01 AVQUST
138

“McDonald’s”un loqosu niyə sarı və qırmızı rənglərdən ibarətdir? – Foto

2019-08-01 11:11:00

“McDonald’s”un loqosu ketçupa batırılan çoxlu kartoflara bənzəyir və kartofu xatırladan hissələr nəhəng M hərfini yaradır. Bəs firma niyə bu loqonu və rəngləri seçib? “Reader’s Digest”a görə, bunun çox xüsusi psixoloji səbəbləri var.

Fins.az xəbər verir ki, “McDonald’s”un loqosunda sarı və qırmızı rəngdən istifadə olunub.

Sual oluna bilər ki, dünyaca məşhur fast-food restoranları şəbəkəsinin bu rəngləri seçməsinin səbəbləri varmı? “Reader’s Digest”in iddialarına görə, mütləq var. Bəzi araşdırmalara görə, qırmızı rəng beynimizi aktivlik, hərəkət etməyə təşviq edir. Yəni, beynimiz qırmızı rəngi görəndə daha sürətli və qüvvətli reaksiya verir. Təbii ki, qırmızı loqo acıyan orqanizmimizi daha sürətlə özünə çəkir.

Əslində sarı rəng bir çox türk xalqlarında hüzn ilə assosiasiya olunur. Amma araşdırmalara görə, bu rəng xoşbəxtlik simvoludur. Sarı gündüz vaxtı insanlar tərəfindən digər rənglərdən daha dəqiq seçilir. Daha az məna yükü olan loqolar arasında sarı və qırmızı insanları cəlb edir. Qısası, “McDonald’s”un loqosu “Bəli, bura McDonald’s”dur deməmişdən öncə müsbət təəssürat yaradır.

Qeyd etmək yerinə düşər ki, fast-food restoranları şəbəkəsinin loqosu dünyanın hər yerində eyni deyil. Bölgəyə bağlı olaraq cüzi dəyişikliklər müşahidə olunur. Məsələn, 2009-cu ildə firma Avropda ətraf mühiti qoruyan şirkət kimi görünmək məqsədilə loqosunun arxa planını yaşıl etmişdi.

Facemark.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257