PR

Məşhur şirkət bu addımı ilə Avropda birinci oldu
23 İYUL
129

Məşhur şirkət bu addımı ilə Avropda birinci oldu

2019-07-23 11:49:00

“Tetra Pak” şirkəti özünün içki istehsalı sahələrində kağız boruların pilot testlərinə başladığını elan edib.

Fins.az-ın məlumatına görə, press-relizdə deyilir ki, kompaniya bu addımı ilə, Avropda birinci olub.

Firma test mərhələsi başa çatdıqdan sonra, plastik borulara alternativ istehsalçılar ilə əməkdaşlığı davam etdirmək ilə bağlı nəticəni elan edəcək.

Kağızdan hazırlanan sertifikatlaşdırılmış borular qalan qablaşdırma ilə birlikdə təkrar istehsal oluna bilər.

Bildirilir ki, birinci mərhələdə belə kağız borular süd məhsulları və uşaqlar üçün nəzərdə tutulmuş qablaşdırmada olacaq.

“Tetra Pak” şirkətinin baş icraçı direktoru Adolf Orive məsələ ilə bağlı açıqlamasında deyib ki, “Biz beynəlxalq ərzaq təhlükəsizliyi standartlarına uyğun kağız boruların dizayn olunmasına görə şadıq. Bu, tamamilə bitki xammalından hazırlanmış qablaşdırılmanın yaradılması üzrə strategiyamızın bir hissəsidir. Bu, addım dairəvi iqtisadiyyatın inkişafına təkan verəcək.

Biz avadanlıq və materialların çoxsaylı texniki təkmilləşdirilməsinə dair patentlərə müraciət etməməyi qərara aldıq. Bunun əvəzinə, inkişafımızı ümumi ictimaiyyətlə bölüşmək istəyirik. Birgə məqsədə nail olmaq, dairəvi iqtisadiyyatın inkişafına kömək olmaq məqəsədilə kağız boruların mümkün qədər çox təhizatçıları olmalıdır. Bazarın əsas oyunçularını bizim inkişafımızdan faydalanmağı məsləhət görürük, beləliklə yaxın zamanda yeni ekoloji qərarın qəbuluna nail ola bilərik”, - deyə Adolf Orive sözlərinə əlavə edib.

 

facemark.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır