PR

“Nike” məşhur cizgi filminin şərəfinə yeni kolleksiya buraxdı – Foto
23 İYUL
115

“Nike” məşhur cizgi filminin şərəfinə yeni kolleksiya buraxdı – Foto

2019-07-23 10:47:00

Idman geyimləri və ayaqqabılarının istehsalçısı “Nike” və basketbolçu Kayri İrvinq firmanın krassovkalarının yeni kolleksiyasını təqdim edib.

Fins.az xəbər verir ki, yeni kolleksiya “Süngər Bob Kvadrat Şalvar” cizgi filminə həsr edilib. Bu haqda serialın rəsmi “Instagram” səhifəsi üzərindən bildirilib.

Yeni kolleksiyada beş model var. Bu isə cizgi filmində yer alan personajların şərəfinə görədir. (Süngər Bob, Patrik, Skvidvard, Mister Krabs və sincab Sendi)

Hər bir krassovkanın dizaynında bu qəhrəmanlardan ilham alıb. Hətta yeni kolleksiyada olan bəzi krassovkalarda “Nike” firma işarəsinin forması dəyişdirilib.

Qeyd etmək yerinə düşər ki, yeni kolleksiyadan olan krassovkaların satışları avqustun 10-dan etibarən başlayacaq.

facemark

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır