PR

ÇAYKUR-un rəsmisi: “Dərmanlı, rəngli çayları insanlarımıza içirməkdənsə”...
11 İYUL
186

ÇAYKUR-un rəsmisi: “Dərmanlı, rəngli çayları insanlarımıza içirməkdənsə”...

2019-07-11 12:07:00

ÇAYKUR-un ümumi müdir vəkili Ziya Alim, təxminən 60 ölkəyə ixracat etdiklərini deyib və əlavə edib ki, “Daha çox Avropa ölkələrinə çay satırıq. Dünyanın hər yerində bizim çayımız var. Hədəf kütləmiz isə bütün Türkiyə və dünyadır”, - deyib.

Fins.az xəbər verir ki, Alim Anadolu müxbirinə bildirib ki, Rizənin İyidərə əyalətində təsis edilən və özü-özünü təmin edəcək şəkildə layihələndirilən çay paketləmə fabrikində istehsal son sürətlə davam edir.

Təxminən 200 000 civarında yaş çay istehsalçısının satdığı çayı burada paketləyib bütün Türkiyəyə və xaricə tədarük etdiklərini deyən Alim, fabrikin gündəlik 400 ton tutumla çalışdığını bildirib.

Fabrik bütün gücü ilə çalışdığı vaxt gündə 800 ton civarında çay əldə edilir. Bəzi sıxıntılar var. Onları tamamladıqdan sonra, bizim ehtiyacımızın üstündə bir həcmdə tədarükümüz olacaq”, - deyib.

Alim bildirib ki, hazırda fabrikdə təxminən 650 nəfər işçi çalışır: “Pensiyaya çıxma yaşına çatan insanlar var. Onlar da pensiyaya çıxanda bu say 450-500 civarında olacaq”.

O, bildirib ki, ÇAYKUR-un 150-200 civarında paket çeşidləri var: “Altınbaş, Tiryaki, Rize Turist, Tirebolu, Filiz, Kap, hazır çay bağlamalarımız var. Bu çeşidlərdən hansı daha çox satılırsa, onları daha çox istehsal edirik”.

 Hədəfin üzərinə çıxmağı planlaşdırırıq

Yaş çayda rekord əldə etdikləri deyən Alim, sözlərinə belə davam edib: “Biz əslində quru çayda rekord əldə etmək istəyirik. Bazar payı məlumdur. Ölkə içindəki vəziyyət də aydındı.Buna rəğmən 
istehsalda 15-20 ilin üstündə gedirik. Bu il bu gün etibarı ilə 51 000 tonu keçdik, bir öncəki ilin eyni dövründə 42 000 ton, ötən ilin eyni dövründə isə 32 000 tonda idik. Bu hədəfin üstünə çıxmaq istəyirik”. 
Alim, təxminən 60 ölkəyə ixracat etdiklərini deyərək bildirib ki, “Daha çox Avropa ölkələrinə çay satırıq. Dünyanın hər yerində bizim çayımız var. Hədəf kütləmiz isə Türkiyə və dünyadır. Məqsədimiz isə hər kəsə təbii və keyfiyyətli çay təklif etməkdir. Digər çayları pisləyəcək və aşağılayacaq mənada demirəm. Digər çayların hamısında kimyəvi qatqılar ola bilir, amma bizim çayımızda dərmandan istifadə olunmur”.

 

“Bölgə üçün çay və ÇAYKUR damardakı qan kimidir”.

Alim, bildirib ki, bölgə üçün çay və ÇAYKUR damardakı qan kimidir.

ÇAYKUR çayının tamamilə təbii olduğunu deyən Alim, bunları bildirib: “Türkiyədə illik 250 000 ton civarında istehlak var. Bir nəfərə təxminən 3,5 kq yaş çay istehsalı olur. Türkiyədə istehsal və istehlak bir-birini tamamlayır. Xaricdən gətirilən rəsmi və qeyri-rəsmi çaylar isə istər-istəməz bizim əlimizdə yaş çay artığı yaradır. İldə ölkəyə 50-60 min ton rəsmi və qeyri-rəsmi quru çay daxil olur. Bizim əlimizdəki çayın istehlakı üçün xaricdən çay gətirilməməlidir. Dərmanlı, rəngli çayları insanımıza içdirməkdənsə, bizim təbii çayımızı içirmək doğru olardı”.

©Facemark.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027