PR

“Instagram”dan istifadəçiləri sevindirən yenilik gözlənilir
09 İYUL
113

“Instagram”dan istifadəçiləri sevindirən yenilik gözlənilir

2019-07-09 11:50:00

“Instagram” platformaya istifadəçiləri zorakılıqdan və internetdə nifrət təzahürü ilə mübarizəyə hesablanmış funksiyalar daxil edəcək.

Fins.az xəbər verir ki, bu barədə iyulun 8-də platformanın daxil olduğu “Facebook” şirkəti tərəfindən məlumat verilib.

Sosial şəbəkə süni intellektin köməyi ilə hazırlayacağı mexanizm vasitəsilə təhqirləri və istifadəçilərin şərhdə və ya paylaşımlarında olan ədəbsiz söyüşləri müəyyən edəcək. Yolverilməz leksikanı təyin edən sosial şəbəkə istifadəçiyə onun dəyişdirilməsini təklif edəcək. TASS agentliyi yazır ki, bu halda platforma “Restrict” (məhdudlaşdırma-red.) adlı funksiyanı işə salacaq.

Bu istifadəçilərə öz postlarının altında başqalarının təhqiredici şərhlərini gizlətməyə icazə verəcək. Bu halda, incidənlər yazmağa davam edə bilər, amma yazdığı şərhləri isə özündən başqa kimsə görməyəcək.

İstehsalçılar isə əmindir ki, bu yenilik istifadəçilərə real həyatda münaqişələrdən uzaq durmağa kömək olacaq. Yeni funksiya isə yaxın zamanlarda işə düşəcəyi gözlənilir.

Xatırladaq ki, foto və video çarxların paylaşılmasının mümkün edən platforma 2010-cu ilin oktyabrında işə düşüb.

İyunun 17-də çıxan xəbərdə isə deyilirdi ki, platforma əlavədə hesabların bərpasının yeni üsulunu test edir.

©Facemark.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027