PR

Gürcü şərabını ən çox hansı ölkə alır?: Bu, yer reytinqdə birinci oldu
04 İYUL
170

Gürcü şərabını ən çox hansı ölkə alır?: Bu, yer reytinqdə birinci oldu

2019-07-04 16:34:00

Rusiya 2019-cu ilin ilk yarımilliyində böyük bir fərqlə gürcü şərabının idxalı üzrə birinci yerdə qərarlaşıb.

Fins.az-ın məlumatına görə, TASS agentliyi yazır ki, yanvardan iyuna qədər ölkəyə 25 milyon şərab butulkası çatdırılıb ki, bu da 2018-ci ilin analoji dövrü ilə müqayisədə 6% çox rəqəm deməkdir. 

İdxal üzrə ikinci yerdə Ukrayna qərarlaşıb, 3,7 milyon şərab butulkası üzrə, Çin (3,5 milyon), Polşa (1,8 milyondan çox) və Qazaxıstan (1,6 milyonun üzərində)

Bu Gürcüstanın milli şərab agentliyinin məlumatlarıdır. Bu informasiyalara görə, yanvar-iyun aylarında gürcü şərabının Amerikaya ixracı 88% artıb və adıçəkilən ölkəyə 354 000 şərab butulkası satılıb.

Fransaya çatdırılmalar anoloji dövrdə 120%-55 min butulka olub. Litva və Monqolustana çatdırılmalarda artım isə 68% olub və s.

Bütünlükdə birinci yarımillikdə Gürcüstan dünyanın 44 ölkəsinə 40,5 milyon şərab butulkası satıb. Bu isə ötən ilin anaoloji dövrü ilə müqayisədə 6% daha çox rəqəm deməkdir.

Agentlik yazır ki, cari ilin ilk yarımilliyində Gürcüstan dünya bazarına ən çox şərabın bu növlərini satıb. Bunlar “Kindzmarauli (7,3 milyondan çox), “Mukuzani” (2,3 milyondan çox), “Çinandali” (1,8 milyondan çox), “Axaşeni” (750 mindən çox), “Xvançkara” (480 000) və başqaları.

Xatırladaq ki, daha əvvəl deyilirdi ki, Rospotrebnadzor Gürcüstandan çatdırılan şərabın keyfiyyətinə nəzarəti gücləndirəcək. İdarənin sözlərinə görə, ildən-ilə idxal edilən şərabların keyfiyyəti daha da pisləşir.

©Facemark.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027