PR

Ən bahalı dünya markası hansıdır?: Yeni reytinq açıqlandı - Foto
12 İYUN
209

Ən bahalı dünya markası hansıdır?: Yeni reytinq açıqlandı - Foto

2019-06-12 10:07:00

Amerikanın “Amazon” kompaniyası “Brand-Z Top 100 Most Valuable Global Brands” reytinqində birinci yerdə qərarlaşıb. Bir il ərzində markanın dəyəri yarım dəfə artaraq 315 milyard dollara çatıb.

Beləliklə, “Amazon” ən bahalı brendlərin reytinqində “Google” və “Apple”ı sıxışdırıb. 

Fins.az xəbər verir ki, şirkət ən bahalı dünya markası adlandırılıb.

Brand-Z reytinqi ilk dəfə 2006-cı ildə yaranıb, ancaq həmişə birinci yerlərdə “Google”, “Apple”, “Microsoft” yer alıb. Ancaq son illər “Amazon” marka-ekosisteminə çevrildi və bazarda yeni seqmentlər üzrə böyüdü. Bir il ərzində kompaniya bulud hesablamaları sahəsində və istehlak texnologiyaları və kino istehsalında əhəmiyyətli dərəcədə böyüyüb.

Reytinqin ikincisi isə bu dəfə də “Apple” şirkəti olub. (309 milyard dollar). “Google” isə 309 milyard dollar ilə reytinqin 3-cüsü olub. Reytinqi Microsoft, Visa, Facebook, Alibaba kimi brendlər izləyir. TOP10-luğu isə Tacent, McDonalds və AT&T kimi brendlər tamamlayır. 100 ən bahalı brend arasından 15-i Çin şirkətidir. Rusiyadan reytinqə daxil olan marka isə olmayıb.

Bildirək ki, ötən il reytinqin birincisi “Google” şirkəti idi. Daha sonra isə “Apple”. “Amazon” isə reytinqin 3-cü idi.

Əlavə etmək yerinə düşər ki, “BrandZ Top 100 Most Valuable Global Brands” reytinqi WPP-nin sifarişi üzrə “Kantar” agentliyi tərəfindən tərtib edilir. Reytinqin tərtib olunması zamanı isə, markaların maliyyə göstəriciləri və istehlakçı geridönüşləri nəzərə alınır.

©Facemark.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır