PR

“Domino’s Pizza Eurasia”ya yeni şərik gözlənilir: Alış 8,5 milyon dollara başa gələ bilər
15 MAY
121

“Domino’s Pizza Eurasia”ya yeni şərik gözlənilir: Alış 8,5 milyon dollara başa gələ bilər

2019-05-15 11:05:00

“Domino’s Pizza Eurasia”dan (DP Eurasia) pay alınması məsələsi ilə (Rusiya Federasiyası ərazisində şəbəkənin idarəedilməsi və inkişafı haqqı əldə edir) Amerika fondu “Kora Management” öyrənir.

Fins.az-ın məlumatına görə, bu haqda “Kommersant” nəşri şirkətin öz partnyorlarına yazdığı məktuba istinadən yazıb. 

Şirkətdən 5%-lik səhmin alınması 8,5 milyon dollar qiymətləndirilir. Vasitələrin cəlbi “Domino’s Pizza”nın Rusiya ərazisində genişlənməsinə təsir edə bilər. Bu məsələ daha əvvəl partnyorlar arasındakı konfliktə görə, sual atında qalmışdı.

“Kora Management” Rusiya, Braziliya, Hindistan, Çinin inkişaf edən bazarlarında ixtisaslaşıb.

“Fridom Finans”ın məlumatına görə, 2018-ci ilin sonunda fondun aksiyalar portfelinə Rusiyanın “Yandex”, Çinin onlayn platforması JD.com, Vipshop və 58.com, proqram təminatı istehsalçısı SEA Ltd və s. daxil olub. DP Eurasia bu gün Rusiya bazarında 180 restoranı idarə edir, onlardan 119-u Moskva şəhərində yerləşir. Perspektivdə şirkət ölkədə 1,5 minə qədər pizza restoranı açmağı planlaşdırır.

“Fridom Finans”ın analitik şöbəsinin müdiri Vadim Merkulov isə deyir ki, “Kora Management” vasitələrinin bir hissəsini Domino’s-un Rusiyada marketinq kampaniyalarının maliyyələşməsinə xərcləyəcəyini proqnozlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262