PR

“Bloomberg” “Uber”in bazar dəyərini elan etdi
13 MAY
194

“Bloomberg” “Uber”in bazar dəyərini elan etdi

2019-05-13 10:33:00

Amerika şirkəti “Uber” IPO (ilkin kütləvi yerləşdirmə) gedişində 8,1 milyard dollar cəlb edib.

Fins.az-ın məlumatına görə, bu haqda “Bloomberg” şirkətin elanına istinadən xəbər verib. 

Şirkət hər biri 45 dollar dəyərində 180 milyon səhm satıb. Şirkətin bazar dəyəri (kapitalizasiyası) 75,5 milyard dollar dəyərləndirilir. Bu qiymətləndirmə özəl investisiyanın son dövründəki ilə müqayisədə aşağı rəqəmdir. Belə ki, həmin dövrdə şirkətin kapitalizasiyası 76 milyard dollar dəyərində idi.

Qeyd etmək yerinə düşər ki, “Uber” IPO-dan sonra maliyyə nəticələrini elan etmişdi.

©Facemark.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır