PR

Dünyanın ən qeyri-adi mağazaları
29 APREL
224

Dünyanın ən qeyri-adi mağazaları

2019-04-29 14:57:00

Mağazalar – insanların ev və iş yeri kimi adəti üzrə baş vurduğu bir yerdir. Biz tez-tez nəsə alırıq və onlayn ticarət nə qədr sürətlə inkişaf etmiş olsa belə, fiziki mağazalara biz onsuz da gedirik. Onların onlayn ticarətdə olmayan bir çox üstünlükləri var, yəni alacağın məhsula toxuna, onu hiss edə, ölçüsünü görə bilirsən və s. Alıcıların mağazaya daxil olması üçün onları ora cəlb etmək lazım gəlir və bir çox mağazalar bunu  hər addımda aqressiv reklamlar yerləşdirməklə, bəziləri girişdə təşəbbüskarlar qoymaqla etdiyi halda, digər daha kreativ sahibkarlar mağazaların xarici görünüşünü elə düzəldirlər ki, onlardan yan keçmək demək olar ki, mümkünsüz olur. Gəlin dünya üzrə ən qeyri-adi konstruksiyası olan mağazalara nəzər yetirək:

1 . Berlində Cristian Peterson velosiped mağazası.

Diqqət cəlb etmək üçün sahibkar çox əziyyət çəkməyib . Belə ki, o mağazanın fasadına sadəcə əsl velosipedlər yerləşdirib. Mağazanın divarından aılan bu velosipedlərin sayı 120-dir.

2 . Amsterdamda Adidas mağazası.

Bura idman geyimləri və ayaqqabılarını sevənlər üçün əsl cənnətdir! Necə ki yeni ayaqqabıları alanda onu qutunun içinə qoyuruq, bu mağazaya daxil olanda da eləcə bir qutuya daxil oluruq. Fərqli olansa qutularn ölçüsüdür. Yəni mağaza bir  ev böyüklüyündə olan bir ayaqqabı qutusu şəklindədir.

3 . Londonda Diesel mağazası

Əgər sizin nə vaxtsa yolunuz Londonun Karnabi küçəsindən düşsə, çox böyük bir radioqəbulediciyə rast gələcəksiniz, səhv salmayın, yəni bu sadəcə Diesel mağazasıdır. Maraqlıdır, görəsən, girişdə sağda olan düymələri hərəkət edir?

4 . Sürixdə Freitag mağazası.

Freitag, gənclər üçün ikinci əl xammaldan  və məhz kətan tağları və təhlükəsizlik kəmərlərindən hazırlanan çantalardır.Bu brendin yaradıcıları özlərinin ikinci əl xammalı ideyasının sonuna qədər getməyi qərara alıblar və bir neçə nəqletmə konteynlərini mağazaya çeviriblər. Və həm praktik həm də cəlbedici! Bundan başqa əraziyə də qənaət edir, belə ki, hündürlüyü enindən çoxdur. Gecələr mağaza işıqlanır.

5 . Vankoverdə Gap geyim mağazası.

Reklamçılar tez-tez öz sloqanlarında “ möhtəşəm”, “başdöndürücü”  kimi sözlərdən istifadə edirlər. Gap mağazasının idarəçiləri də təkcə belə sözlərdən istifadə etməklə kifayətlənməyib, bunu realda da təsdiq etmək qərarına gəliblər. Belə ki, mağazada demək olar ki hər şey – manekenlər, lövhələr, geyinib-soyunma otaqları, vitrinlər, stollar, loqotiplər və s. baş-ayaq yerləşdirilib. Bu “ başdöndürücü aksiya”da “Gap” brendinə heç bir aidiyyatı olmayanlar – hot-dog köşkləri və park edən maşınlar.

6 . İndoneziyada çayda yerləşən bazar.

Bu, bəli, mağaza yox bazardır və yəqin ki, belə bir küçə ticarətinə siz heç yerdə rast gəlməmisiniz. Ticarətçilər meyvə, tərəvəz və göyərtini çayda üzən qayıqlarda oturub satırlar. Və əgər satıcı sizdən çox xoşlansa bəlkə də sizi öz qayığıyla evinizə qədər də “aparar”. Praktiki olaraq evə çatdırılma!

7 . Parisdə Louis Vuitton mağazası.

Louis Vuitton-un bu ideyasını “Adidas” qınayıb və ya əksinə. Parisdəki bu brend mağazası  dəbli stildə nəhəng çamadanlar quruluşundadır.

8 . Tokioda Swarovski mağazası.

Swarovski brendinin məhsulları öz parlaqlığı və işartısı ilə göz qamaşdırır. Tokioda brendə daha da artıq bəzək qatmaq üçün  sanki bütünlükdə qiymətli daşlardan hazırlanmış bir mağaza açıblar.

9 . Honk-Konqda Momo mağazası.

Bu mağaza Honk-Konqun bir ticarət mərkəzində yerləşir və onun konstruksiyası bütünlükdə müxtəlif pəncərələrlə tamamlanıb. Mağazanın bir neçə yerdən müxtəlif istiqamətlərə çıxışı var, lakin lövhələri yoxdur. Heç lazım da deyil! Elə konstruksiyası dərhal diqqəti cəlb edir və çətin ki kimsə bu “şüşə” strukturundan yan keçə bilsin.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9066
  • ₽ RUB
    0.027