PR

Azercell kampaniyanın müddətini uzatdı
06 DEKABR 2016
777

Azercell kampaniyanın müddətini uzatdı

2016-12-06 12:44:00

Azərbaycanın aparıcı mobil operatorlarından olan Azercell Telekom Müharibə Veteranları olan abunəçiləri üçün təqdim etdiyi kampaniyanı 30 mart, 2017-ci il tarixinə qədər uzadıb.

Bu özəl abunəçilər təqvim ayı ərzində balanslarıına birinci dəfə yüklədikləri hər-hansı danışıq kartın məbləğinin 100%-ni bonus olaraq Azercell-dən hədiyyə alırlar.

Hədiyyə olunan bonus şəbəkədaxili zənglər, SMS və MMS xidmətləri 7 gün ərzində keçərlidir.

Azercell Telekom 3 ildir ki, davamlı olaraq Müharibə Veteranları olan abunəçiləri üçün xüsusi endirim kampaniyalarını həyata keçirir. Bu günə qədər güzəştli rabitə imkanından 28 000-dən artıq veteran yararlanaraq Azercell-dən 5 milyon 400 min AZN-dən artıq həcmdə bonus əldə etmişdir.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s.

2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır