NƏQLİYYAT

“Boeing 737 Max”lar istismara qaytarılır
10 OKTYABR
59

“Boeing 737 Max”lar istismara qaytarılır

2019-10-10 10:39:00

“American Airlines” şirkəti gələn ilin 16 yanvar tarixindən “Boeing 737 Max” tipli təyyarələrinin istismarını davam etmək qərarına gəlib.

Fins.az Report-a istinadən xəbər verir ki, sözügedən təyyarələrin proqram təminatının yenilənəcəyi nəticəsində bu il ərzində onları sertifikatlaşdırılmasına, gələn il yanvar ayından da müntəzəm istismarına yol açacağı gözlənilir.

Xatırladaq ki, “Boeing 737 Max” tipli təyyarələrin ötən il 29 oktyabr tarixində İndoneziyada 189 nəfərin ölümünə, bu il martın 10-da Efiopiyada 157 nəfərin ölümünə səbəb olan iki qəzadan sonra istismarı dayandırılmışdı. İstehsalçı şirkət hər iki hadisədə təyyarələrin manevr qabiliyyətini tənzimləyən sistemdə nasazlıq yarandığını etiraf etmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır