NƏQLİYYAT

Formula 1 üzrə 2020-ci il mövsümünün təqvimi təsdiqlənib – TARİX AÇIQLANDI
07 OKTYABR
103

Formula 1 üzrə 2020-ci il mövsümünün təqvimi təsdiqlənib – TARİX AÇIQLANDI

2019-10-07 12:32:00

FİA (Beynəlxalq Avtomobil Federasiyası), “Formula 1” üzrə 2020-ci il mövsümünün təqvimini təsdiqləyib. Yeni mövsüm 22 yarışdan ibarət olacaq.

Fins.az xəbər verir ki, FIA Dünya Şurası, Formula 1 üçün 2020-ci il mövsümünün təqvimini rəsmi olaraq təsdiqləyib. Gələn il 22 mərhələ ilk dəfə çempionatda satılacaq. Təqvimdən Almaniya mərhələsi çıxarılıb və yerinə Vyetnamla Hollandiya daxil edilib.

Azərbaycan Qran Prisi 5-7 iyun tarixlərində keçiriləcək.

“Formula 1”in təqvim planı aşağıdaki kimidir

15 mart - Avstraliya

22 mart - Bəhreyn

5 aprel - Vyetnam

19 aprel - Çin

3 may - Hollandiya

10 may - İspaniya

24 may - Monako

7 iyun - Azərbaycan

14 iyun - Kanada

28 iyun - Fransa

5 iyul - Avstriya

19 iyul - İngiltərə

2 avqust - Macarıstan

30 avqust - Belçika

6 sentyabr - İtaliya

20 sentyabr - Sinqapur

27 sentyabr - Rusiya

11 oktyabr - Yaponiya

25 oktyabr - ABŞ

1 noyabr - Meksika

15 noyabr - Braziliya

29 Noyabr - Abu Dabi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır