NƏQLİYYAT

SOCAR Azərbaycan Qran-Prisinin gəlirləri açıqlandı
03 OKTYABR
107

SOCAR Azərbaycan Qran-Prisinin gəlirləri açıqlandı

2019-10-03 16:01:00

“Formula 1” üzrə 2019-cu il Azərbaycan Qran-Prisini 90 milyon nəfər izləyib.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai məlumat verib.

Onun sözlərinə görə, bu, ötən mövsümlə müqayisədə 10 faiz çoxdur. Arpadarai deyib ki, dünya üzrə 2019-cu ildə Bakıda keçirilən yarışla bağlı 37 mindən çox xəbər dərc olunub və bu məlumatların media dəyəri 131 milyon dollar təşkil edir.

Qurum rəsmisi 2019-cu il mövsümündə Azərbaycan Qran-Prisində 13 min işçi qüvvəsinin çalışdığını vurğulayıb. Xaricdən 500 marşal Azərbaycan Qran Prisində işləmək üçün müraciət edib. Bunlardan 100-nün müraciəti qəbul edilib.

Sponsorlardan gələn gəlirlər sayəsində ötən il Azərbaycan Qran-Prisinin qazancı 50 faiz olub.

Qeyd edək ki, ötən il SOCAR Azərbaycan Qran-Prisinin titul sponsoru olub.

© Banker.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır