NƏQLİYYAT

“Bakı Metropoliteni”nin Təlim-Tədris Mərkəzinin yeni binasını açılışı olub
03 OKTYABR
107

“Bakı Metropoliteni”nin Təlim-Tədris Mərkəzinin yeni binasını açılışı olub

2019-10-03 11:49:00

“Bizim üçün peşəkar kadr hazırlığı xüsusi əhəmiyyətə malikdir”.

Fins.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin Təlim-Tədris Mərkəzinin yeni binasının açılışında səhmdar cəmiyyətinin sədri Zaur Hüseynov deyib.

Onun sözlərinə görə, 52 illik tarixi olan Bakı metrosunda indiyə qədər təlim-tədrisə diqqət yetirilməyib: “2014-cü ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə Təlim-Tədris Mərkəzi yaradılıb. Hazırda mərkəzdə 8 guşə var və bütövlükdə 13 struktur vahidini əks etdirir 5 il ərzində 4 800 metropoliten işçisi burada yeni biliklərə yiyələnib. Bununla yanaşı, işçilərimiz İstanbul (Türkiyə) və Toronto (Kanada) şəhərlərində də hazırlıq keçib”.

Z.Hüseynov əlavə edib ki, rəhbərlik etdiyi qurum bir çox yerli ali təhsil müəssisələri, eləcə də Almaniyanın məşhur “Siemens” şirkəti ilə əməkdaşlıq edir: “Elə metronun elektrik avadanlıqları da “Siemens”ə məxsusdur. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır