NƏQLİYYAT

“Azərbaycan Dəmir Yolları”: Bakı-Sumqayıt qatarlarının hərəkəti qısa müddətdə ləngiyib
03 OKTYABR
77

“Azərbaycan Dəmir Yolları”: Bakı-Sumqayıt qatarlarının hərəkəti qısa müddətdə ləngiyib

2019-10-03 11:47:00

Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-nin Keşlə stansiyasında yan qidalandırıcı xətdə texniki nasazlıq yarandığından Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkətində qısa müddətdə ləngimə olub.

Fins.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, nəticədə 6008 və 6010 saylı qatarlar qrafikdən çıxıb. Operativ tədbirlər nəticəsində 25 dəqiqə ərzində nasazlıq aradan qaldırılıb. Hazırda marşrut üzrə elektrik qatarları cədvəl üzrə hərəkət edir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır