NƏQLİYYAT

Metro istifadəçilərinə ŞAD XƏBƏR
18 SENTYABR
359

Metro istifadəçilərinə ŞAD XƏBƏR

2019-09-18 18:10:00

Cari ilin iyun ayında texniki normativlərin tələbinə uyğun olaraq əsaslı təmirə dayandırılmış “Nizami” stansiyasının “LT-3” tipli 3 saylı eskalatoru istismara verilib.

Ötən müddət ərzində"Bakı Metropoliteni" QSC-nin müvafiq sahəsi eskalatoru sökərək, təftiş edib, təmir işləri aparıb, zəruri hissələri yeniləyib. Quraşdırma və sınaq-tənzimləmə işlərindən sonra müvafiq baxış keçirilərək eskalatorun istismar vəziyyəti, təhlükəsizlik tələblərinə uyğunluğu, görülən işin keyfiyyəti qiymətləndirilib.

Onu xüsusi vurğulamaq lazımdırki, bu tip eskalatorlar 110.000 km-ə yaxın qaçış məsafəsindən sonra əsaslı təmirə dayandırılır.

“Nizami” stansiyasının 3 saylı eskalatorunda əsaslı təmir işləri sonuncu dəfə 2012-ci ildə aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır