NƏQLİYYAT

Bakı metrosunda Milli Musiqi Günü qeyd olunacaq
17 SENTYABR
149

Bakı metrosunda Milli Musiqi Günü qeyd olunacaq

2019-09-17 17:48:00

"Bakı Metropoliteni" QSC hər il olduğu kimi bu il də 18 Sentyabr – Milli Musiqi Gününü xüsusi layihə ilə qeyd edəcək.

Qurumdan Fins.az-a verilən məlumata görə, sabah sərnişin axını daha çox olduğu 4 stansiyanın vestibülündə konsert proqramları təşkil olunacaq. 

Proqrama milli və klassik musiqi nümunələri daxil olacaq. Canlı musiqi aşağıda göstərilən saatlarda səsləndiriləcək:

- “İçərişəhər” stansiyası – saat 11:00-12:30;

- “Sahil” stansiyası – saat 12:00-13:30.

- “28 May” stansiyası – saat 13:00-14:30;

- “Xətai” stansiyası – saat 14:00-15:30.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır