NƏQLİYYAT

166 Yükdaşıma və Logistika şirkəti bir qrup təcrübəçini iş ilə təmin etdi
12 SENTYABR
84

166 Yükdaşıma və Logistika şirkəti bir qrup təcrübəçini iş ilə təmin etdi

2019-09-12 09:00:00

Ölkədə logistika və yükdaşıma sahəsində aparıcı şirkət olan, sektora hər zaman yeniliklərlə tövhə verən 166 Yükdaşıma və Logistika şirkətinin daha bir layihəsi -  “166 Logistika Akademiyası” təcrübə proqramı uğurla başa çatmışdır. 30 Avqust tarixində reallaşan layihənin bağlanış mərasimində Şirkət rəhbəri Aqil Zeynalov və layihə rəhbəri Nurlan İmamquliyev layihə məzunlarını təbrik etmiş, müvafiq sertifikatlar tələbələrə təqdim olunmuş və iştirakçıların, eyni zamanda şirkət əməkdaşlarının layihə haqda rəyləri dinlənilmişdir.

Qeyd edək ki, layihə 1 iyul tarixdə start götürmüş, 45 nəfər iştirakçı imtahan və müsahibə yoluyla seçilərək şirkətin müxtəlif struktur bölmələrində yer alaraq peşəkar əməkdaşlar tərəfindən logistika və yükdaşıma sahəsində praktiki, eyni zamanda nəzəri bacarıqlara yiyələnmək şansı əldə etmişdirlər. Həmçinin, təcrübə proqramı ödənişli olub, tələbələri bu müddət ərzində təqaüdlə də təmin etmişdir. İştirakçıların bilik və bacarıqlarının artırılması üçün layihə proqramı əsasında təlimlər, görüşlər də keçirilmişdir.

Layihənin məntiqi nəticəsi olaraq 24 nəfər gəncə sonda iş təklif olunmuş və onlar hazırda karyeralarını 166 Yükdaşıma və Logistika şirkətinin müvafiq şöbələrində davam etdirməkdədirlər.

Şirkət rəhbərliyi layihənin davamlı olacağını, mütəmadi olaraq gənclərin inkişafı və karyera imkanları üçün bundan sonra da həm bu layihədə həm də digər layihələrlə dəstək olacaqlarını bildirmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır