NƏQLİYYAT

YANDEKS-in pilotsuz avtomobilləri Moskva yollarında – 1 həftəyə 75 km
10 SENTYABR
94

YANDEKS-in pilotsuz avtomobilləri Moskva yollarında – 1 həftəyə 75 km

2019-09-10 15:01:00

YANDEKS-in pilotsuz avtomobilləri 2018-ci ilin əvvəlindən 1 milyon km məsafə qət edib. Onlar Rusiya, ABŞ və İsrailin yollarında hərəkət ediblər.

Find.az xəbər verir ki, bu məsafənin əsas hissəsini avtomobillər ümumişlək yollarda, çox hissəsini isə Moskvada sürüblər. Testlər sutkanın vaxtlarından, havadan və yollardakı situasiyalardan asılı olmadan aparılıb.  YANDEKS-in pilotsuz avtomobilləri 2019-cu ildə 900 min km-dən çox gedib. 2018-ci ildə avtomobillər cəmi 75 min km getdikləri halda, indi onlar bu məsafəni 1 həftəyə qət edirlər.

Milyon km məsafəni pilotsuz rejimdə ümumişlək yollarda yalnız yüksək texnologiya rejimində qət etmək mümkündür. İndi həftə ərzində milyon km sürmək üçün test işlərini genişləndirmək lazımdır.

YANDEKS-in test rejimində indi 50 dən çox pilotsuz avtomobil mövcuddur, 2021-ci ilə qədər şirkət onların sayını 1000-ə çatdırmağı planlaşdırır. YANDEKS meqapolislərdə pilotsuz avtomobillərlə sərnişinlərin daşınmasını  2023-cü ildə başlamağı planlaşdırıb.

© TED

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır