NƏQLİYYAT

Bakıda yeni parklanma yerləri salınacaq - RƏSMİ AÇIQLAMA
09 SENTYABR
121

Bakıda yeni parklanma yerləri salınacaq - RƏSMİ AÇIQLAMA

2019-09-09 14:34:00

Yeni tədris ilinin başlaması, paytaxt sakinlərinin yay tətilindən dönməsi ilə əlaqədar olaraq şəhərdə canlama müşahidə olunur.

Bu da artıq Bakıda bir çox problemlərin yaranmasına səbəb olur. Bunlara bir neçə nümunə çəkə bilərik: Avtomobillərin çoxalması, nəqliyyatın iflicləşməsi, tıxac və s. 

Yuxarıda sadaladıqlarımızın əsas səbəblərindən biri və ən əsası parklanma yerlərinin azlığı və yanlış yerlərdə olmasıdır. Bəs görəsən, problemin həlli üçün parkinqlərin saylarının artırılması gözlənilirmi? 

Məsələ ilə bağlı açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev parklanma yerlərinin bəzilərinin ləğv edilmə ehtimalının olduğunu bildirib. Qurum rəsmisi yeni parkinqlər üçün Nazirlər Kabinetinə xüsusi təklif göndərildiyini qeyd edib:

“Hazırda küçə parklanmasının idarə olunması BNA tərəfindən icra olunmur. Bu istiqamətdə işlərə başlanılması, vacib olan komponentlərin müəyyən edilməsi üçün Nazirlər Kabinetinə təkliflər verilib. Söhbət qiymətlərdən, onların qüvvədə olma vaxtından, zonalar üzrə qiymətlərin müəyyən edilməsindən gedir.

Digər bir yandan bildirim ki, şəhər icra hakimiyyətindən təhvil alınan yerlərlə bağlı da təhlillər aparılıb. Zəruri olan küçələrdə, həmçinin infrastrukturun imkan verdiyi yerlərdə yeni parklanma yerlərinin təşkili nəzərdə tutulur. Mümkündür ki, təhvil alınan parklanma yerlərinin də bəziləri ləğv edilsin”.

 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır