NƏQLİYYAT

Bayramda rayona gedəcək SƏRNİŞİNLƏRİN NƏZƏRİNƏ
06 AVQUST
156

Bayramda rayona gedəcək SƏRNİŞİNLƏRİN NƏZƏRİNƏ

2019-08-06 15:06:00
Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) Qurban bayramı ilə əlaqədar avqustun 7-dən 14-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
BBAK-dan Fins.az-a xəbər verilib ki, bayram günlərində sərnişinlərin rahatlığının təmin olunması və sərnişin sıxlığının tənzimlənməsi məqsədi ilə ehtiyat avtobuslarının sərnişindaşıma prosesinə cəlb olunması ilə yanaşı bütün zəruri tədbirlər görüləcək.
Sərnişinlər şikayət və ya sorğularla bağlı (012) 406-01-58/59 nömrəli məlumat mərkəzinə zəng etməklə yanaşı, info@avtovagzal.az e-mail ünvanına və ya Bakı Beynəlxalq Avtovağzal Kompleksinin "Facebook” səhifəsinə yazıb müraciət edə bilərlər.
Biletləri BBAK-ın kassalarından gündəlik və ya səfər tarixinə 10 (on) gün qalmışdan 1 (bir) gün öncəyədək əldə etmək mümkündür. " Onlayn” qaydada bilet almaq istəyən sərnişinlər avtovagzal.az saytı üzərindən və ya mobil tətbiq vasitəsilə biletlərini təmin edə bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır