NƏQLİYYAT

Azərbaycanda avtomobil nəqliyyatı ilə bağlı yeni sayt istifadəyə veriləcək
06 AVQUST
116

Azərbaycanda avtomobil nəqliyyatı ilə bağlı yeni sayt istifadəyə veriləcək

2019-08-06 12:28:00

Gələn ay Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) yeni və innovativ sayt istifadəyə veriləcək.

DANX-dan verilən məlumata görə, hazırda qurumun çağrı mərkəzinə ən çox daxil olan suallar sırasında regional avtovağzal və avtostansiyalardan Bakıya gələn reyslərlə bağlı məlumat əldə etməyin yolu ancaq avtostansiyalara getməkdən keçir. Sayt istifadəyə verildikdən sonra bu problem aradan qaldırılacaq.

“Bununla bağlı hər hansı elektron ünvanın olmadığı sizi narahat edir. Sentyabrda təhvil veriləcək Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin informativ saytında bunu nəzərə almışıq və bütün regionlardan Bakıya gələn müntəzəm və qeyri-müntəzəm reyslərlə bağlı məlumatlar orada öz əksini tapacaq. Sentyabrdan sonra belə bir problem olmayacaq. Hazırda isə bununla bağlı məlumat almaq üçün 012-566-52-58 nömrəsi ilə əlaqə saxlamaq mümkündür. Biz sizi regional avtovağzal və avtostansiyalarla əlaqələndirəcəyik”, – qurumun yaydığı məlumatda bildirilir.

© Report

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır