NƏQLİYYAT

Bu rayonlarda 2 gün qaz olmayacaq – ƏHALİYƏ XƏBƏRDARLIQ
06 AVQUST
1168

Bu rayonlarda 2 gün qaz olmayacaq – ƏHALİYƏ XƏBƏRDARLIQ

2019-08-06 09:50:00

Səhər saat 09:00-dan etibarən avqustun 8-dək (2 gün müddətinə) Qaz İxrac İdarəsinin “Qazıməmməd-Qazax” magistral qaz xəttində təmir işləri planlaşdırılıb. Bu müddət ərzində Ağsu, Kürdəmir, İsmayıllı və Göyçay rayonlarının bir neçə qəsəbə və kəndində qaz təchizatı dayandırılıb. Bundan başqa saat 10:00-dan 18:00-dək Qazax rayonunun mərkəzində də qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq. Bu zaman kəsiyində qaz xətlərində aşkarlanmış qaz sızmalarının ləğvi, korroziyaya uğramış hissələrin dəyişdirilməsi işləri icra olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır