NƏQLİYYAT

Metro istifadəçilərinə ŞAD XƏBƏR
06 AVQUST
232

Metro istifadəçilərinə ŞAD XƏBƏR

2019-08-06 09:40:00

“Bakı Metropoliteni” QSC xəttə daha 2 yeni qatar buraxacaq.

Bu barədə “APA-Economics”ə QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, artıq dünəndən etibarən qatarların tənzimləmə işlərinə başlanılıb, bu işlər bitdikdən sonra sınaq tənzimləməsi aparılacaq və qatarlar xəttə buraxılacaq. 

“Avqustun sonunda daha 2 qatar Rusiyadan Azərbaycana yola salınacaq. Hazırda istehsal prosesi yekunlaşmaq üzrədir. Beləliklə, yeni qatarların ümumi sayı 11 olacaq ki, bu da yeni tədris mövsümündə sərnişin daşımalarda əhəmiyyətli dərəcədə hiss olunacaq”, - deyə B. Məmmədov bildirib. 

Qeyd edək ki, qatarlar Rusiyanın "Metrovaqonmaş" şirkəti tərəfindən istehsal olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır